Qaynar xətt:

(+99450) 247 90 86

Saç tökülməsinin qarşısını alan qidalar

2018-08/1534964450_sac.jpg

TİBB

1196

22.08.2018, 22:59

\"\" Gündəlik 50-200 arası saç telinizin tökülməsi normaldır. Ancaq bundan çox tökülmə səhhətinizdə problem olduğunu göstərir. Saç tökülməsinin qarşısını alan bir çox şampunlar, kosmetik vasitələr var. Bəs bunlar yetərlidirmi?
Oxu24.com axşam.az-a istinadən bildirir ki, saçların sağlamlığı üçün düzgün qidalanma vacibdir. Özəlliklə protein və dəmirlə zəngin olan ərzaqlar sağlam saçlara sahib olmağınıza kömək edir. Saçlarınızın sağlam olması üçün lazım olan ərzaqların siyahısını təqdim edirik: Qırmızı ət Dəmirlə zəngin olduğu üçün sağlam saçlara sahib olmaq istəyirsinizsə, həftədə müəyyən qədər qırmızı ət istifadə edin. Süd və süd məhsulları Tərkibində B1, B2, B12 və D vitaminləri var. Bu məhsullar saç problemi ilə yanaşı başqa bir neçə xəstəliyin də qarşısını alır. Dəniz məhsulları A vitamini ilə zəngin olan dəniz məhsulları saçlarınızın qorunmasında yüksək rola malikdir. Meyvə və tərəvəzlər Sağlam bədənə, saçlara sahib olmaq üçün gün ərzində yaşıl tərəvəzlər və meyvələrdən istifadə edin. Çərəzlər Çərəzlərin tərkibində kalsium, kalium, dəmir, maqnezium, yod, fosfor, selen, A, B1, B2, C, P və s. vitaminlərlə yanaşı çoxlu miqdarda əvəzsiz yağ turşuları, dəyərli zülallar var.