Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4669
az

Elm təsdiqlədi: Xərçənglə mübarizə aparan maddə bu qidalardadır

22:5421 Avqust, 2018
781
TİBB
  • A
 Elm adamları xərçəng xəstəliyinin müalicəsi mövzusunda ümidverici bir kəşfə imza atıblar.

Oxu24.com Ölkə.Az-a istinadən xəbər verir ki, bəzi bitkilərdəki bir maddənin bağırsaq xərçənginə qalib gəldiyi müəyyən edilib.

Alimlərin apardığı araşdırmalar zamanı məlum olub ki, gül kələmi, kələm və brokkoli xərçəngə təsir edir.

Professor Konq məsələ ilə bağlı deyib:

“Tədqiqatlar sübut etdi ki, qidalanma ilə xərçəngdən qorunma arasında əlaqə var. Yediyimiz bəzi maddələrin içində xərçəngin yaranmasının qarşısını alan maddələr var. Bunlardan birincisi isə gül kələmidir.

ABŞ-ın elmi institutları isə 2010-cu ildən gül kələmi qrupuna daxil olan tərəvəzlərin xərçəngə təsirini araşdırıb. Bu zaman xəstələrin gül kələmi ilə qidalanması və yaşayışları arasındakı statistik rəqəmlər nəzərə alınıb.

Məlum olub ki, gül kələminin tərkibində olan maddə xərçəngə qarşı mübarizə aparır. Bu maddə eyni zamanda kələmin və brokkolinin də tərkibində var.

Kələm bundan başqa gündəlik vitamin və minerallar üçün çox faydalıdır. Kalsium, maqnezium, potasium, C və K vitaminləri, beta karoten və hətta az miqdarda lutein var.

Bir kasa bişmiş kələmin tərkibində 4 qram lif var. Bir kasa çiy kələmin tərkibində isə 2 qram lif var. İngiltərədə aparılan tədqiqatlar isə kələm qrupuna daxil tərəvəzlərin tərkibində indol-3 karbinol adlı maddə olduğunu və bu maddənin xərçəng hüceyrələrini öldürməyə kömək etdiyini üzə çıxarıb. Xüsusən də kimyəvi terapiya müalicəsi alan xəstələrə məsləhət görülür.

Bir neçə il aparılan tədqiqat sübut edib ki, indol maddəsi metabolizmaya müsbət təsir edir və xərçəng riskini azaldır.

Kələmin tərkibində olan digə fito kimyəvi maddələr orqanizmdə xərçəngə qarşı mübarizə aparan maddələrin istehsalını artırır. Bu maddələr də prostat xərçənginə qarşı mübarizə aparan maddələrdir. Stenford universitetinin tədqiqat nəticələrinə əsasən, kələmin tərkibində olan sulfo rofan maddəsi bu maddələri aktiv şəkildə dəstəkləyir.

Kələmin tərkibində xərçəngə qarşı mübarizə aparan başqa bir maddə qrupu isə qlükosionatlardır.

Kələm bundan başqa qan azlığı olan insanlara, astma problemi olan insanlara faydalıdır. Öskürəyi azaldır, bəlğəmi parçalayır, qəbz problemini həll edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb