Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45028
az

Şirvan xəstəxanasından ŞOK GÖRÜNTÜLƏR - TƏBİB yenə susur... / VİDEO

18:4324 Dekabr, 2020
1061
TİBB
  • A

Koronavirusun ölkədə kütləvi yayıldığı zamanda Şirvan Şəhər Mərkəzi xəstəxanasının direktoru İlham Mustafayev iş saatında yerində tapılmır, Baş həkimi isə bu gün işdən çıxarılıb.

Bu barədə Redaktor.az-a Şirvan şəhər sakinləri məlumat verib. Şikayətçilərin sözlərinə görə, saatlardır xəstəxanada gözləməklərinə baxmayaraq, onlara heç bir köməklik göstərilmir:

Xəstəxanada çalışan, adını açıqlamayan həkimlərdən biri Baş həkimin işdən çıxarıldığını, göndərişə möhür vuracaq adamın olmadığını bildirib.

Şikayətçilərdən biri isə saytımıza bunları deyib:

“Bu xəstəxanada xəstələrə baxan yoxdur. Biz də xəstələri ya Bakıya, ya da başqa rayona aparmaq istəyirik. Amma yollar bağlı olduğu üçün apara bilmirik. Bunun üçün gərək xəstəxananın Baş həkimi göndəriş kağızına möhür vursun. Amma Baş həkimi tapa bilmirik. Xəstəxanın direktoru da yerində yoxdur. Əvvəlcə bizə, “direktorun Göyçaydan qonağı gəlib, gedin, saat 4-də gələrsiniz” dedilər. Saat 4-də də direktor çıxıb, "möhür vurmaq mənim işim deyil. Korrupsiyadan da mənə zəng gəlib, möhür vura bilmərəm", dedi. İndi biz nə edək?! Evdə ağır vəziyyətdə olan xəstələr var, onları həkimə aparmaq lazımdır. Əgər aparmasaq vəziyyətləri daha da ağırlaşacaq”.

Sözügedən şikayətçilərlə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxışa məlumat versək də, bir cavab ala bilmədik. Xanım sözcü mesajlarımızı oxuyub, cavab vermədi. Görünür, ya TƏBİB-i insan həyatı maraqlandırmır, ya da tabeliyində olan xəstəxanalara sözü keçmir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
17 yaşlı qız faciəvi şəkildə öldü