Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107933
az

Rusiya Çasov Yarda on minlərlə qoşun toplayıb

14:0105 May, 2024
65
DÜNYA
  • A

Çasov Yar şəhəri (Ukraynanın Donetsk vilayəti) yaxınlığındakı cəbhə xəttində Rusiya hərbçiləri təxminən 25 min nəfərlik şəxsi heyəti cəmləyib.

 

Oxu24.com  xəbər  verir   ki,  bu  barədə   Xortitsa Əməliyyat-Strateji Qoşunlar Qrupunun sözçüsü Nazar Voloşin bildirib. Onun açıqlamalarını “Zerkalo Nedeli” nəşri yayıb.


Voloşinin sözlərinə görə, ən qaynar nöqtələr Avdeevskoe, Baxmutskoe və Novopavlovskoe istiqamətləri olaraq qalır. O iddia edir ki, son bir həftə ərzində vəziyyət gərginləşib, şiddətli döyüşlər davam edir, lakin vəziyyət Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında qalır.

Xüsusilə, Voloşinin sözlərinə görə, ruslar Çasovoy Yar istiqamətində 20-25 minlik hərbçi qrupu cəmləşdiriblər. Rusiya ordusu strateji təşəbbüsü ələ keçirməyə və Donetsk vilayətində cəbhə xəttini yarmağa çalışır.

“Bəzi istiqamətlərdə düşmən taktiki uğur qazanır. Son zamanlar situasiyada dinamik dəyişiklik müşahidə olunur. Rusiya ordusu bütün növ silahlardan - artilleriyadan, tanklardan, pilotsuz uçuş aparatlarından istifadə edərək müdafiəçilərimizin mövqelərinə hücuma davam etmək cəhdlərini dayandırmır. Son günlər düşmən həm bizim mövqelərimizə, həm də mülki infrastruktura raket və bomba hücumları həyata keçirmək üçün aviasiyadan fəal şəkildə istifadə etməyə başlayıb”, - deyən Voloşin rusların öz məqsədlərini dəyişmədiyini - Donetskin inzibati sərhədlərinə çatmaq  istədiklərini  qeyd  edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

HƏMAS Ermənistana təşəkkür etdi

Türkiyədə güclü meşə yanğını: tüstüdən zəhərlənənlər var
Rusiya Yaponiyanın sanksiyalarına cavab verib

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Kişi küçədə rus qadına təcavüz edib
Moskvada nə baş verib? (VİDEO)
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Qaraciyərin Öldüyünü Göstərən 9 Əlamət! AYAQLARA DİQQƏT
Mənzildən 23 yaşlı gəncin meyiti tapıldı