Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1026
17.12.2020, 19:02
Bəşəriyyət üçün ağır olan 2020-ci ili yola salarkən, növbəti infeksiya dalğasının növbəti ilin başlanğıcını qaraltmaması üçün tədbir görmək lazımdır. Bunun üçün isə şərait var - əyləncələr və kütləvi toplaşmalar virusun yayılmasına kömək edir.
Oxu24.com AZƏRTAC-a istinadla bildirir ki, ÜST-ün Avropa bürosunun ekspertləri bu halda hər kəsin ümumi təhlükəsizliyə görə məsuliyyət daşıdığını xatırladır və ən pis ssenaridən yayınmaq üçün sadə tədbirlərə riayət etməyə çağırırlar.
Avropada təxminən min xizək kurortu var. Məlumdur ki, infeksiyanın yayılmasında məhz onlar əhəmiyyətli rol oynayıb, insanların yay və payız mövsümləri zamanı kütləvi toplanması isə epidemiyanın yenidən başlanmasına səbəb olub. Xizək gəzintisi zamanı koronavirusa yoluxmaq mümkün deyil, lakin qış kurortunda istirahət qapalı yerlər də daxil olmaqla ünsiyyət qurmağı da əhatə edir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri, hökumətlərə istər idman oyunları, istər dini bayramlar, istərsə də istirahət olsun insan kütləsinin toplanmasını nəzərdə tutan hər hansı bir tədbirin keçirilməsinə qərar verərkən bütün riskləri diqqətlə qiymətləndirmələrini tövsiyə edir.
Avropadakı virusla bağlı mövcud ağır vəziyyəti nəzərə alaraq ÜST bu cür tədbirlərin məhdudlaşdırılmasını, təxirə salınmasını və ya ləğv edilməsini zəruri hesab edir. Üstəlik, səyahət icazələri ilə bağlı qərarlar vaxtından əvvəl verilməlidir.
Bu il dini mərasimlər adəti üzrə keçirilməməlidir. Birincisi, ÜST mümkün olduqda onları açıq havada keçirməyi məsləhət görür. Bu mümkün deyilsə, iştirakçıların sayını və bu cür tədbirlərin müddətini məhdudlaşdırmaq, fiziki məsafəni saxlamaq, əl gigiyenasına riayət etmək və maskalar taxmaq lazımdır.
Məclislər, hətta dar bir dairədə olsalar da, xüsusilə təhlükəlidir - birlikdə yaşamayan və çox ehtimal ki, eyni dərəcədə təhlükəsizlik tədbirlərinə əməl etməyən müxtəlif nəsillərin nümayəndələri bir dam altında toplaşır.
Yenə də imkan daxilində açıq havada görüşmək daha yaxşıdır. İnsanlar evdə məclis qurmağa qərar verirlərsə, artıq məlum olan qaydalara riayət etmək lazımdır: dar dairə, fiziki məsafə, əl gigiyenası, maskalar.
Bu cür davranış yaxın dostlarınız və doğmalarınızla görüşlər zamanı qəribə görünə bilər, lakin özünüzü və başqalarını təhlükədən qorumağın başqa yolu yoxdur.
Unutmayın ki, yaş və sağlamlıq vəziyyətinə görə infeksiyaya qarşı xüsusilə həssas olan insanlar doğmalarına və yaxınlarına irad tutmaq və onlardan uzaq durmağı xahiş etməkdən çox vaxt çəkinirlər. Bu səbəbdən digər insanlar bu insanları təhdid edən təhlükənin fərqinə varmalı və məsuliyyətli davranmalıdır.
Bəziləri, hər halda, bu bayramlarda dostlarını və doğmalarını görmək niyyətindədirlər. ÜST sıxlıq olan ictimai nəqliyyatdan istifadə etməməyə çağırır və hakimiyyət orqanlarının tövsiyələrinə ciddi riayət etməyi tövsiyə edir.
Bəli, tətillər, təəssüf ki, bu il həmişəki kimi keçirilməyəcək. Lakin indi söhbət o cümlədən ətrafınızda olan insanların təhlükəsizliyindən gedir. “Şəxsi, ailə və ya ictimai səviyyədə verdiyiniz qərarların əhəmiyyətini düzgün qiymətləndirin. Pandemiyanın sonrakı gedişatı onlardan asılıdır”, – deyə ÜST xatırladır.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.