Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1042
07.12.2020, 01:34
Radioloq Aydın Əliyev COVID-19-a yoluxma sayının kəskin artımı barədə xəbərdarlıq edib.
Oxu24.com xəbər verir ki, həkim bununla əlaqədar olaraq hormonal preparat olan "Deksametazon" qəbul edənlərin sayının həddindən çox olduğunu bildirib. O qeyd edib ki, həkim nəzarəti olmadan bu dərmanı qəbul etmək ciddi fəsadlara yol aça bilər:
"Əksər insanlar panikadadır! Özlərini itiriblər: lazım oldu-olmadı antibiotik qəbul edən, sistem qoşduran, vitaminlər, hormonal preparat olan "Deksametazon" qəbul edənlərin sayı həddindən çoxdur! Qətiyyən qorxmayın, sağlam düşüncəni itirməyin! İnsanın başına nə bəla gəlirsə, sağlam düşüncəni itirməkdən gəlir! Əksər insanlar - təqribən 80-90% bu xəstəliyi yüngül keçirir, qorxmayın qətiyyən! Qorxu, panika, stress immuniteti zəiflədir.
38 dərəcəyə qədər hərarət, yüngül halsızlıq, başağrısı, iybilmə və dadbilmənin pozulması, əzələ, oynaq, bel ağrıları, iştahsızlıq, yüngül öskürək xəstəliyin yüngül əlamətləridir. Panik olmayın, bu halda heç bir dərman qəbul etmək lazım deyil! Mən müalicə həkimi deyiləm, amma bu şikayətlərlə bir çox xəstələri antibiotik, sistem qəbul etməkdən çəkindirmişəm və sağalıblar!
İnsan orqanizmində təbii olaraq virus əleyhinə təsir göstərən interferon 38,6 dərəcədə daha çox istehsal edilir. Nəzərə alsaq ki, daxili orqanların temperaturu normalda belə 38 olur, o zaman qoltuqaltı temperatur 38-ə qədər olanda dərman qəbul etmək lazım deyil, çünki o zaman daxili orqanlarda hərarət 39-a qədər qalxır və orqanizm virusun öhdəsindən gəlir.
Yanaşı ağır xəstəlikləri olan şəxslərdə isə yanaşma fərqli olmalıdır. Çünki onların immuniteti zəifdir, xüsusən ağır şəkərli diabeti olan və orqan köçürülən (transplantasiya edilən), dializ alan və oxşar ağır xəstəliyi olan xəstələr. Bəli, belə xəstələr xəstəxana şəraitində müalicə olunmalıdırlar!
80-90% insanlar normal qidalanmaqla, limon, soğan, sarımsaq, mürəbbəli çay, təzyiqi olmayanlar çoxlu maye qəbul etməklə bu xəstəliyin öhdəsindən asanlıqla gələ bilər. Payız mövsümü olduğundan, günəş az olduğundan əgər D vitamini çatışmazlığı varsa, analizlə dəqiqləşdirmək şərtilə vitamin D qəbul etmək olar".
Həkim ağır xəstələrin xəstəxanaya yerləşdirilməsini məsləhət görüb:
"Tibbi maska geyinək, ara məsafəsi saxlayaq, əl gigiyenasına fikir verək!" (publika.az)
09:35 / 15 Noyabr 2026
123
07:35 / 15 Noyabr 2026
83
05:50 / 15 Noyabr 2026
103
01:35 / 15 Noyabr 2026
128
01:10 / 15 Noyabr 2026
137
23:59 / 14 Noyabr 2026
330
23:51 / 14 Noyabr 2026
182
23:47 / 14 Noyabr 2026
198
23:33 / 14 Noyabr 2026
168
23:23 / 14 Noyabr 2026
486
23:16 / 14 Noyabr 2026
163
23:05 / 14 Noyabr 2026
665
23:01 / 14 Noyabr 2026
499
22:28 / 14 Noyabr 2026
1321
22:19 / 14 Noyabr 2026
166
21:55 / 14 Noyabr 2026
169
21:32 / 14 Noyabr 2026
196
21:22 / 14 Noyabr 2026
276
21:11 / 14 Noyabr 2026
1148
21:04 / 14 Noyabr 2026
1247
21:02 / 14 Noyabr 2026
178
20:56 / 14 Noyabr 2026
1013
20:50 / 14 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.