Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42730
az

İnfarktın əsas əlamətləri məlum oldu

07:4827 Noyabr, 2020
676
TİBB
  • A
Böyük Britaniyanın Milli Səhiyyə Xidməti infarktın panik atakdan fərqini açıqlayıb. Bu barədə “Report” “Express” nəşrinə istinadən xəbər verir. Qeyd olunub ki, panik atak öz-özlüyündə sağlamlıq üçün böyük təhlükə yaratmır, infarkt isə ölümcül ola bilər. Əgər insanda müəyyən edilməyən səbəbdən böyük qorxu hissi varsa, bu həm panik atakın, həm də infarktın əlaməti ola bilər. Eyni zamanda sinə ağırsı, ürəkbulanma və nəfəs darlığı da hər iki xəstəliyin simptomudur. Bununla belə, əgər sinə ağrısı bədənin digər hissələrinə - sol qol, boyun, çənə, bel və qarın nahiyəsinə yayılırsa, bu infarktın əlamətidir. İnfarkt zamanı ürəkbulanma ilə yanaşı qusma, öskürək və tərləmə də olur. Panik hücum zamanı isə insanlarda üşümək və ya yüksək temperatur olur, ürək döyüntüsü tezləşir, titrəmə olur, boğulma hissi yaranır, ağız quruluğu və qulaqlarda küy əmələ gəlir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Meymunçiçəyinə yoluxan şəxsin     vəziyyəti   açıqlandı
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ