ALT və AST göstəriciləri heç də həmişə xəstəliyin ağırlıq dərəcəsi ilə uyğun gəlmir
19 May 2026, 20:38
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
687
23.08.2020, 22:33
Pandemiya dövründə tibbi-cərrahi maskalar taxanlar koronavirusa yoluxanda xəstəliyi yüngül formada keçirirlər.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Kaliforniya Universitetinin alimləri apardıqları araşdırmanın nəticələrinə əsasən bu qənaətə gəliblər. Kaliforniya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Monika Gandi bildirib ki, maska taxan insanların immun sistemləri virusun öhdəsindən asan gəlir, onlara daha az koronavirus hissəcikləri yoluxur. Məlum olub ki, bu maskalar təkcə başqa insanları qorumaq üçün deyil, həm də taxan şəxsin özünü qoruyur və xəstəliyi daha yüngül keçirməsinə yardım edir. Monika Gandi araşdırmanın nəticələrinə əsasən vurğulayıb ki, adamlar hətta çox sağlam olduqları, özlərini yaxşı hiss etdikləri vaxtlarda da maskadan istifadə etməlidirlər. Araşdırmaya görə, məhz maska taxılan yerlərdə koronavirsusu əlamətsiz, yəni çox yüngül keçirənlərin sayı həddən artıq çoxdur. ABŞ-ın Oreqon ştatında bir müəssisənin işçiləri məcburi olaraq maska taxdıqlarına görə orada yoluxanların 90 faizində əlamətlər müşahidə edilməyib.
Bundan başqa, Çin alimlərinin maska ilə bağlı siçanlar üzərində aparıqları tədqiqat da maskaların virusdan qoruyucu olduğunu deməyə əsas verir. COVİD-ə yoluxan siçanlarla sağlam olan heyvanların yerləşdirldiyi qonşu qəfəslərin arası tibb maskalarla pərdələnib. Məlum olub ki, siçanların çoxu koronavirusa yoluxmayıb, yoluxan heyvanlarda isə çox yüngül əlamətlər müşahidə edilıib. Bu isə qəbul olunan virus yükü ilə əlaqələndirilir. Məlum nəzəriyyəyə görə, orqqanizm nə qədər çox virus qəbul edərsə, xəstəlik bir o qədər ağır keçrir. Maska isə qopruyucu rol oynayaraq daha çox virusun orqanizmə keçməsmini qarşısını alır.
00:59 / 20 May 2026
79
00:41 / 20 May 2026
69
00:00 / 20 May 2026
57
23:34 / 19 May 2026
97
23:21 / 19 May 2026
103
23:12 / 19 May 2026
72
22:56 / 19 May 2026
131
22:46 / 19 May 2026
139
22:44 / 19 May 2026
238
22:26 / 19 May 2026
75
22:13 / 19 May 2026
83
21:58 / 19 May 2026
512
21:49 / 19 May 2026
79
21:35 / 19 May 2026
98
21:20 / 19 May 2026
81
21:09 / 19 May 2026
139
20:47 / 19 May 2026
96
20:47 / 19 May 2026
75
20:42 / 19 May 2026
80
20:38 / 19 May 2026
71
20:34 / 19 May 2026
75
20:31 / 19 May 2026
63
20:27 / 19 May 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.