Qaynar xətt:

(+99450) 247 90 86

Sağlam gənclər koronavirusdan niyə ölür? - Həkimdən CAVAB

Sağlam gənclər koronavirusdan niyə ölür? - Həkimdən CAVAB

TİBB

523

21.08.2020, 18:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda koronavirusdan vəfat edən sağlam gənclərin ölüm səbəbi açqlanıb.

Oxu24.com  Trend-ə istinadən bildirir ki, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infekionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib ki, sağlam gənclərin ölüm səbəbləri arasında virus yükü çox önəmlidir.

Onun sözlərinə görə, virus yükü nə qədər çox olarsa, xəstəlik bir o qədər ağır keçir: "İmmun sistemi nə qədər güclü olsa da milyonlarla virus yükü qarşısında aciz qalır və müqavimət göstərə bilmir. Bu səbəbdən digər orqanlar da sıradan çıxır və xəstəlik ölümlə nəticələnir. Bu virus adi qriplə və başqa respirator xəstəliklə müqayisə olunmamalıdır".