Qaynar xətt:

(+99450) 247 90 86

Koronavirusa xas olan əsas əlamətlər açıqlandı

Koronavirusa xas olan əsas əlamətlər açıqlandı

TİBB

426

21.08.2020, 18:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Koronavirusun dünyada qəbul olunan əsas əlamətləri qızdırma, quru öskürək və halsızlıqdır.

Oxu24.com Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

F.Sədirov bildirib ki, daha sonra gələn əlamətlər isə əzələ ağrıları, başağrıları, ürək bulanmaları, mədə-bağırsaq problemləri və digər əlamətlərdir. Onun sözlərinə görə, heç bir şikayət olmadığı halda dad və iy bilmə hissinin birdən-birə itməsi koronavirusa xas olan bir xarakterdir. Hətta bəzi ölkələrdə bu əlamətin olması virusun müsbət olması ehtimal kimi qəbul edilir.