Uzun müddət tox saxlayan qidalar AÇIQLANDI
15 May 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
805
24.07.2020, 21:38
Rusiya mütəxəssisləri bütün dünyada istifadədən çıxarılmış, lakin postsovet ölkələrinin əksəriyyətində hələ də istifadə olunan dərmanlar haqqında məlumat verib.
Bu dərmanlar bizdə də çox geniş istifadə olunur. Saglamolun.az Rusiya KİV-lərinə istinadla sizə bu dərmanların siyahısı ilə tanış edir:
- Analgin. Keçmiş əsrdə geniş istifadə olunan bu ağrıkəsici vasitə ABŞ və Avropa ölkələrində istifadədən çıxarılıb. Bunun səbəbi analginin çox ağır yanaşı təsirləridir. Hal hazırda çoxlu sayda daha təhlkəsiz və effektli ağrıkəsicilər var və mütəxəssislər ehtiyac yarandıqda onlardan istifadə etməyi tövsiyə edirlər.
- Biseptol. Elmi araşdırmalar göstərib ki, bu preparat öz effektivliyini itirib (mikrobların əksəriyyəti ona qarşı davamlıdır). Bu səbəbdən bu preparatdan istifadə bi çox hallarda effekt vermir. Bundan əlavə uzun müddət ərzində istifadə olunduqda biseptol çox ciddi allergik reaksiyalara səbəb ola bilər. Bunları nəzərə alaraq mütəxəssislər daha müasir və effektli mikrob əleyhinə preparatlardan istifadə etməyi tövsiyə edirlər.
- Korvalol və valokordin. Bu preparatlar ürək tutması və ürək xəstəlikləri zamanı effektsizdir. Həmçinin onların tərkibində olan trankvilizator tez bir zamanda asılılıq yaradır. Ekspertlər xəbərdarlıq edir ki, müntəzəm olaraq istifadə olunduğu halda valokordin və korvalol sinir sistemi pozulmaları, nəzfəsalmanın pozulması və hətta komaya səbəb ola bilər. Avropa ölkələrində bu preparatlar çoxdandır ki, istifadə olunmur.
- Validol. Ürək tutması və ürək ağrıları zamanı heç bir effekt vermir, yalnız yüngül sakitləşdirici kimi təsir edir.
- Levomesitin. Bu antibiotikin çox ciddi yanaşı təsirləri var. Bu səbəbdən mütəxəssislər daha müasir və yanaşı təsirləri az olan antibiotiklərdən istifadə etməyi tövsiyə edirlər.
Sonda nəzərinizə çatdıraq ki, istənilən dərman preparatı, hətta söhbət “ziyansız” vitamin və minerallardan gedirsə belə yalnız və yalnız həkim tərəfindən təyin olunmalıdır. Özünümüalicə ilə məşğul olmayın! Bu ağır fəsadlara səbəb ola bilər!
10:29 / 17 May 2026
1
10:26 / 17 May 2026
14
10:23 / 17 May 2026
22
10:20 / 17 May 2026
22
10:18 / 17 May 2026
30
10:16 / 17 May 2026
34
10:13 / 17 May 2026
93
10:12 / 17 May 2026
26
10:10 / 17 May 2026
25
10:07 / 17 May 2026
27
08:30 / 17 May 2026
57
23:59 / 16 May 2026
109
23:52 / 16 May 2026
167
23:48 / 16 May 2026
175
23:31 / 16 May 2026
245
23:28 / 16 May 2026
460
23:24 / 16 May 2026
231
23:17 / 16 May 2026
278
23:16 / 16 May 2026
133
23:01 / 16 May 2026
471
22:55 / 16 May 2026
102
22:48 / 16 May 2026
328
22:45 / 16 May 2026
206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.