Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda vəzifəli şəxs koronavirusun qurbanı oldu

Azərbaycanda vəzifəli şəxs koronavirusun qurbanı oldu

TİBB

700

24.07.2020, 20:33

Sumqayıtda COVID-19 testinin nəticələri pozitiv çıxan vəzifəli şəxs dünyasını dəyişib.

Oxu24.com  Xeberle.com-a istinadən xəbər verir ki, Sumqayıt Telekommunikasiya Qovşağında əməyin mühafizəsi mühəndisi vəzifəsində işləyən Həsən Rzayev müalicə aldığı xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, şəkərli diabet xəstəsi olan 60 yaşlı H.Rzayevin həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt Telekommunikasiya Qovşağından verilən açıqlamada H. Rzayevin koronavirusa yoluxduğu və dünyasını dəyişdiyi təsdiq edilib.

Qeyd edək ki, o, uzun illərdir ki, rabitə sistemində çalışırdı.