Mayonez ürəyə ziyandır?
16 Noyabr 2026, 18:16
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
708
10.07.2020, 18:24
Onixofagiya uşaq yaşlarından başlayan, dünyada çox yayılmış zərərli vərdişlərdən biridir.
Bir çoxları bu vərdişin yalnız estetik və əsəb problemi olduğunu düşünüb, tərgitməyə tələsmir.
Medicina.az dırnaqları dişlərlə qoparıb soymağın orqanizmə zərərli təsirlərini araşdırıb.
Səbəbləri
Dırnaq yemək düşünülmədən, reflektiv hərəkət olub, daha çox gərgin vaxtlarda, beyinlə hərəkətlər arasında fikir bağlılığı itən anda, stress vaxtı baş verir. Çox zaman insan bütün dırnaqlarını yeyib bitirəndən sonra nə etdiyinin fərqinə varır.
Alimlər bildirir ki, insan dırnaqlarını yeyirsə, o an beyin hansısa problemdən çıxış yolu axtarır, sanki neqativ hissləri " yeyir".
Zamanla bu hərəkət "əsəb tikləri" kimi xarakter alır, nəzarət olunmur.
Sağlamlığa təsiri:
- İlk növbədə dırnaqların strukturuna təsir edib, onları əyir, barmaqlara kobudluq verir.
- Dırnaqların içi bakteriyaların artması üçün əlverişli yerdir. Çünki barmaqlar çirkli səthlərə çox toxunur.
Dırnaq dibində olan salmonella, bağırsaq çöpü, bir çox qurd yumurtaları ağız vasitəsilə həzm traktına keçir.
- Dırnaqları gəmirən dişlər, xüsusən ön dişlər emalı korlayır, dişlərin həssaslığını pozur, dişləmi dəyişir, çeynəmədə problemlər yaradır.
- Psixoloji baxımdan dırnağını yeyənlərdə səbəbsiz təşviş, utanc, özünə qarşı dəyərsizlik, kədər xas olur.
- Onixofagiya çənə və boyun əzələlərinə təzyiq nəticəsində boyun hissədə ağrı yaradır.
- Bu adamların dırnaqlarında paronixiya adlı infeksiya, irinləmə, qızartı, şişkinlik da çox olur.
- Bu adamlarda göbələk yoluxması həmişə normadan artıq olur
Bir qrup həkimlər isə bildirir ki, dırnaq yeyənlərdə immunitet daha möhkəm olur, çünki orqanizmə daim bakteriya, göbələk düşür və immunitetdə onlara qarşı antitel yaranır.
Xilas olmaq yolları:
Çox qadınlar bunu estetik baxımdan həll etməyə çalışır: xüsusi dırnaq boyaları, şellak, acı dadlı gellər və s.
Dırnaq yeməyi tərgitmək siqaret və alkoqol kimi çətindir, bunun üçün məqsəd və stimul olmalıdır.
Bu vərdişdən yaxa qurtarmaq üçün nevroloq, psixiatr və psixoloq dəstəyindən istifadə edə bilərsiz.
18:55 / 17 Noyabr 2026
13
18:50 / 17 Noyabr 2026
21
18:40 / 17 Noyabr 2026
100
18:38 / 17 Noyabr 2026
41
18:28 / 17 Noyabr 2026
63
18:21 / 17 Noyabr 2026
73
17:59 / 17 Noyabr 2026
86
17:49 / 17 Noyabr 2026
82
16:51 / 17 Noyabr 2026
108
16:34 / 17 Noyabr 2026
113
16:29 / 17 Noyabr 2026
109
16:21 / 17 Noyabr 2026
129
16:12 / 17 Noyabr 2026
108
15:57 / 17 Noyabr 2026
128
15:43 / 17 Noyabr 2026
147
15:12 / 17 Noyabr 2026
140
15:07 / 17 Noyabr 2026
141
14:52 / 17 Noyabr 2026
183
14:35 / 17 Noyabr 2026
186
14:15 / 17 Noyabr 2026
139
14:02 / 17 Noyabr 2026
173
13:57 / 17 Noyabr 2026
163
13:45 / 17 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.