Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34055
az

Koronavirusdan güclü qoruyucu tapılıb

20:1228 İyun, 2020
697
  • A

ABŞ-dakı Scripps Araşdırma İnstitutunun alimləri, koronavirusdan güclü şəkildə qorunmanı təmin edən antitel aşkar ediblər.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bu, COVID-19-dan xilas olan xəstələrin qanında tapılan antiteldir. Bu barədə "Science" jurnalında dərc olunan məqalədə bildirilib.

Tədqiqatçılar xəstəliyin yüngül və ağır formada keçirən insanlardan qan nümunələri götürblər. Təcrübə zamanı mütəxəssislər, virusun hüceyrəyə daxil olmaq üçün təmasda olduğu ACE2 reseptorunu sintez edən test hüceyrələrindən istifadə ediblər. Alimlər özündə antitel  ehtiva edən qanın virusla qarşılaşdıqda orqanızmı yoluxmadan qorumaq imkanlarını araşdırıblar.
Mütəxəssislər, SARS-CoV-2-yə qarşı fərqli antirtel sintez edən B hüceyrələri adlanan mindən çox fərqli immun hüceyrələrini təyin ediblər. Antitelləri kodlaşdıran genlərin ardıcıllığıni öyrəndikdən sonra onları laboratoriyada sintez ediblər. Sınaqlar göstərib ki, bəzi antitellər az miqdarda olsa da, test hüceyrələrinin infeksiyasının qarşısını alaraq virusu təsirli şəkildə blok edə bilir.

Alimlərin fikrincə, heyvanlar üzərində növbəti təhlükəsizlik testləri və insanları əhatə edən klinik sınaqlar müvəffəqiyyətlə nəticələnsə, antitellərdən gələn ilin yanvar ayında müalicə üçün istifadə edilə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Şad xəbər: Ürəklə bağlı bu əməliyyat pulsuz oldu
Bu qatqı  infarkt və insulta səbəb ola bilər -  DİQQƏT!

Marsda donmuş su aşkar edildi-FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Mehriban Xanlarovaya hücum oldu - Avtomobilinin qarşısını kəsdilər +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Regional təhsil idarəsinin sabiq müdirinin cinayət işi məhkəməyə göndərildi