Mövsüm dəyişikliyi ürək çatışmazlığı olan xəstələr üçün hansı təhlükələri yaradır? – KARDİOLOQ DANIŞDI
18 Noyabr 2026, 22:11
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
925
09.05.2020, 04:32
Yeni növ koronavirusdan qurtulduqdan sonra bütün xəstələrdə xəstəliyə qarşı immunitet yaranmayacaq.
Publika.az xəbər verir ki, bunu Moskva Dövlət Universitetinin Tibbi Elmi və Tədris Mərkəzinin direktoru, Rusiya Federasiyasının əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının akademiki, professor, tibb elmləri doktoru Armais Kamalov deyib. Onun sözlərinə görə, antikorların bədəndə görünməsi üçün insan infeksiyanın öhdəsindən gəlməlidir, yüngül formada keçirdikdə immunitetin qazanılmasından söhbət gedə bilməz:
“Əgər virus kiçik konsentrasiyalarda bədənə daxil olarsa və immun sistemi onun öhdəsindən tez bir zamanda gələrsə, antikorlar kifayət qədər inkişaf edə bilməz. Eyni şey ağır xəstəlik keçirən və çox sayda dərman qəbul edən xəstələrə də aiddir. Onlar da immunitet qazanmaya bilər, çünki immunitetin yaranması təbii prosesdir, bədənin öz gücü hesabına əldə edilir, dərmanlarsa buna mane olur”, - deyə, akademik qeyd edib.
Eyni zamanda Kamalov qeyd edib ki, virusoloqlar bir sıra xəstələrdə xəstəliyə qarşı immunitetin hələ də inkişaf edə biləcəyinə inanır. Çünki hər hansı virusda bu, baş verir.
“Təbii mübarizə aparan və orta dərəcədə xəstə olanlarda bir müddət sonra antikorlar meydana gələcək” , - deyə o, əlavə edib.
Mütəxəssis onu da vurğulayıb ki, həkimlər və elm adamları xəstəliyi daha yaxşı başa düşməyə başlayıblar, baxmayaraq ki, bəzi təzahürləri hələ də proqnozlaşdırılmır. Bununla yanaşı, Kamalov birmənalı şəkildə qeyd edib ki, infeksiyanın şiddəti insanlarda yoluxucu xəstəliklərin olması ilə bağlıdır. Akademik xatırladıb ki, ürək və damar xəstəlikləri olan şəkərli diabet xəstələri, həmçinin ağ ciyər və bronxların xroniki xəstəlikləri olan insanlar ilk növbədə risk altındadır.
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.