Yeni ildə neçə gün İŞ olmayacaq?
08 Dekabr 2025, 12:23
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
287
05.11.2024, 10:19
Daxili İşlər Nazirliyin aparatında və respublikanın şəhər, rayon polis orqanlarında ali hüquq təhsili tələb olunan vəzifələrdə (polis sahə rəisi, cinayət axtarışı üzrə əməliyyat müvəkkili, məsul növbətçi, təhqiqatçı və müstəntiq) xidmətə qəbulla əlaqədar müsabiqə keçirilir.
Bu barədə Oxu24.com-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vakant olan 70 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı – "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallardan ibarətdir. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.
Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini “hüquqşünaslıq” ixtisası üzrə bitirmiş, yaşı 30-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2024-cü il noyabr ayının 01-dən 30-dək //www.mia.gov.az ünvanda yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər.
Həmçinin oxuyun
Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.
Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- hərbi bilet;
- əmək kitabçası (olanlar üçün).
Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır və namizədin sağlamlıq vəziyyəti müvafiq qaydada yoxlanılır.
Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları və test imtahanının proqramı Daxili İşlər Nazirliyinin www.mia.gov.az Veb saytında yerləşdirilib.

12:32 / 11 Dekabr 2025
13
12:18 / 11 Dekabr 2025
17
11:57 / 11 Dekabr 2025
838
11:55 / 11 Dekabr 2025
29
11:36 / 11 Dekabr 2025
45
11:00 / 11 Dekabr 2025
1017
10:56 / 11 Dekabr 2025
45
10:20 / 11 Dekabr 2025
50
09:40 / 11 Dekabr 2025
60
09:15 / 11 Dekabr 2025
72
08:35 / 11 Dekabr 2025
116
00:33 / 11 Dekabr 2025
128
00:17 / 11 Dekabr 2025
337
00:10 / 11 Dekabr 2025
125
00:02 / 11 Dekabr 2025
265
23:46 / 10 Dekabr 2025
517
23:44 / 10 Dekabr 2025
121
23:31 / 10 Dekabr 2025
491
23:18 / 10 Dekabr 2025
628
23:06 / 10 Dekabr 2025
343
22:53 / 10 Dekabr 2025
1655
22:47 / 10 Dekabr 2025
125
21:46 / 10 Dekabr 2025
295
21:34 / 10 Dekabr 2025
116
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.