Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25445
az

ASTARA XƏSTƏXANASINDA DƏHŞƏT! - \"Çinlini, hindlini gətirib bizim yanımıza qoyublar\" + VİDEO

00:1329 Fevral, 2020
911
  • A

Sosial şəbəkələrdə İrandan Azərbaycana geri qayıdan və koronavirus şübhəsi ilə Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən şəxslərin xəstəxanadakı vəziyyətdən narazı qalmaları ilə bağlı daha bir video görüntü yayılıb.

Karantində saxlanılanlar spirt, tibbi maska tapa bilmədiklərini deyirlər. Virusun qeydə alındığı şəhərlərdən gələnlərlə koronavirusun aşkarlanmadığı şəhərlərdən gələnlər eyni şöbədə saxlanılır. Görüntülərdən bəlli olur ki, xəstəxana binası təmirsiz və bərbad haldadır. Xəstəxananın mətbəxtində nahar etmək üçün şərait yoxdur, karantində saxlanılanların istifadəsi üçün 2 stəkan, 2 boşqab qoyulub.

“İçməli su yoxdur, bizə deyirlər ki, krantdan su için. Yeməyi öz pulumuza alırıq, bu gün sosiska alıb yemişik. Hamımız yoluxucu xəstə adı ilə saxlanılır, antisanitariya şəraitində sağlam adam da xəstələnə bilər. Səhər tezdən çinlini, hindlini gətirib bizim yanımıza qoyublar”, - şikayətçilər söyləyiblər.

İddialardan biri də xəstəxananın dizenfeksiya olunmamasıdır. Videonu çəkənlər deyiblər ki, soğan, sarımsaq aldıraraq xəstəlikdən qorunmağa çalışırlar: “Nə əlcək, nə spirt, nə də tibbi spirt yoxdur”.

Xəstəxana əməkdaşı isə bildirib ki, spirt çatdıra bilmirlər: “Bizim özümüzə belə vermirlər, başına dönüm. Bu xəstəxanada 15 ildir işləyirəm, belə şey görməmişəm”, - xəstəxana əməkdaşı karantində olanlara bildirib.

Görüntüləri lentə alanlar onu da qeyd ediblər ki, məqsədləri süni ajotaj yaratmaq deyil, problemi diqqətə çatdırmaqdır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü