Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108577
az

Sabahki günlə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

21:2411 May, 2024
1638
REDAKTORUN SEÇİMİ
  • A

Sabahdan Azərbaycanda hava şəraitinin yağıntılı keçəcəyi, güclü külək müşahidə ediləcəyi gözlənilir.

 

Bu barədə  Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 12-si günün ikinci yarısından 13-ü səhərədək şimal-qərb küləyinin 15-18 m/s, axşam yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir. Mayın 12-si axşamdan 13-dək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

 

Azərbaycanın rayonlarında da mayın 12-si gündüz şimal və qərb bölgəsindən başlayaraq hava şəraitinin dəyişəcəyi, 15-i səhərədək fasilələrlə leysan xarakterli yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

 

Çaylarda o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Emin Ağalarovun şirkəti işçi axtarır - MAAŞ 900-1200 MANAT 
Ərəblər yenə Bakıya axışır: 1,5 dəfə artım…
Fransa Ermənistana, görün, hansı silahı verir

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Mikroavtobus sürücüsü avtobus dayanacağında 5 qızı zorlamaqda ittiham olunur
Putini havada belə qorudular - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Barmaqlarınızda uyuşma var? - Bu xəstəliyin əlaməti ola bilər
Cinayət törətməkdə şübhəli bilinən 8 nəfər saxlanıldı