Hind quşu yumurtası qida sənayesində toyuq yumurtası əvəzinə istifadə edilə bilir. Bunun səbəbi isə hind quşu yumurtasının tərkibinin toyuq yumurtasının tərkibi ilə təxminən eyni olmasıdır. Orta ölçülü hind quşu yumurtasının çəkisi 70-75 qram olur. Hind quşu yumurtasının rəngi krem ağı rəngdə və üstü qəhvəyi xallarla örtülü olur. Yumurtanın ölçüsü və qabığının rəngi onun qidalanmasından asılı olaraq az miqdarda dəyişə bilir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, hind quşunun vətəni Amerika hesab edilir. Onun dünyada məşhur olması Xristofor Kolumbun Amerikanı kəşf etməsi ilə bağlıdır. Belə ki, hind quşunu ilk dəfə Avropa ölkələrinə Xristofor Kolub gətirib. Hind quşu ilk dəfə İspaniyaya gətirilmiş və sonralar artırılıb çoxaldılaraq bütün dünyaya yayılmışdır. Onu ilk əvvəllər ispan toyuğu adlandırmışlar. Hind quşu yumurtasından müxtəlif şirniyyatların, salatların, desertlərin, omletlərin hazırlanmasında istifadə edilir. Hind quşu yumurtası ədviyyat, sarımsaq, sitrus meyvələr və digər qoxulu qidalarla eyni yerdə saxlanıldıqda onların qoxusunu özünə çəkir. Ətrafdakı qoxuları özünə çəkməmək üçün isə hind quşu yumurtasını yağlayıb və ya parafinləyib saxlamaq lazımdır.
100 qram hind quşu yumurtasının qida dəyəri:
- Zülallar - 13,7 qr
- Yağlar - 11,9 qr
- Karbohidratlar - 1,1 qr
- Su - 73 qr
- Kalori - 171kKal.
Hind quşu yumurtasının tərkibindəıki faydalı maddələrin olmasına görə yumurtaların sırasında üçüncü yerdə durur. Onun yumurtası çox qidalandırıcı və faydalı xüsusiyyətlərə malikdir. Tərkibində olan vitaminlər və mikroelementlər hind quşunun qidalanmasından asılı olaraq dəyişə bilir. Ən dadlı hind quşu yumurtası yay aylarında olan yumurtalardır. Bu aylarda hind quşları təzə otlarla qidalandığına görə onların yumurtaları daha dadlı olur. Mütəmadi olaraq hind quşu yumurtası yemək sinir sisteminin və beynin işini yaxşılaşdırır, maddələr mübadiləsini yaxşılaşdırır və immuniteti yüksəldir. Hind quşu yumurtası yemək saçların, dişlərin və dırnaqların möhkəmlənməsinə səbəb olur. Bu yumurtanın tərkibində A, D, E, B, B6 vitaminləri, yod, kolbat, fosfor, sink, dəmir, kalsium, natrium, xlor və s. minerallar var. Hind quşu yumurtası orqanizm üçün çox faydalıdır. O nadir hallarda allergiyaya səbəb olduğuna görə bir yaşına qədər olan uşaqlara da vermək mümkündür.
Kosmetologiyada hind quşu yumurtasından müxtəlif maskaların hazırlanması zamanı istifadə edilir.
Hind quşu yumurtasının zərərli xüsusiyyətləri
Böyrək və qara ciyər xəstəlikləri səbəbindən qanında zülalın miqdarı çox olduğu xəstələrə hind quşu yumurtası yemək məsləhət görülmür. Hind quşu yumurtası orqanizm tərəfindən çətin sorulur. Bu səbəbdən də tox qarına bu yumurtanı yemək məsləhət görülmür.
Oxu24.com
ŞƏRHLƏR