Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20957
az

Boğaz ağrısı zamanı nə etməli?

20:0417 Dekabr, 2019
1251
TİBB
  • A

Udqunan zamanı olan boğaz ağrısı ilə əksəriyyətimiz tanışıq. Çox vaxt bu simptom bizi soyuqluqlama zamanı müşayiət edir. Biz cızılma, yanma, qıcıqlanma, göynəmə, "yad cisim" hissiyatını hiss edirik.

Boğaz ağrısının səbəbləri. Çox vaxt boğaz ağrısı, burun-udlaq və qırtlağın iltihabi xəstəliklərinə (faringit, laringit, tonzillit və ya angina) səbəb olan virus, bakterial və ya göbələk infeksiyasının əlamətləridir. Boğazın bakteriya və viruslarla yoluxmasına səbəb olan amillər bunlar ola bilər: soyuqlama, quru hava, tənəffüs yollarının qıcıqlandıran maddələrin təsirinə məruz qalması, soyuq içkilərin istifadəsi, travmalar (məsələn, boğazın balıq sümüyü ilə zədələnməsi), bədənin ümumi müqavimətinin azalması (xroniki xəstəliklər, stress zamanı).

Həmçinin, boğaz ağrısı digər səbəblərdən də meydana çıxa bilər: allergiya (çiçəklərin tozcuğu, toz, kif, ev heyvanlarının kəpəklərinə), həddindən artıq quru, qapalı havaya spesifik reaksiya, müxtəlif qıcıqlandırıcılar, həzm pozğunluqları və s.

Boğaz ağrısını profilaktikası. Boğaz ağrısına səbəb ola biləcək xəstəliklərin, o cümlədən udma zamanı xəstəliklərin qarşısının alınması daxildir: spirtli içki və siqaretdən imtina etmək, soyuqdan uzaq olmaq, ümumi immuniteti gücləndirmək, şəxsi və ümumi gigiyena qaydalarına əməl etmək, boğaz ağrısına səbəb ola biləcək digər xəstəliklərin müalicəsini etdirmək (sinusit, karies, otit).

Boğaz ağrısının müalicəsi üsulları. Xəstəlik zamanı ədviyyatlardan qaçın - boğazı qıcıqlandırırlar. Yediyiniz hər bir şey ilıq olmalıdır - soyuq və ya çox isti temperatur zədələnmiş selikli qişanı qıcıqlandırır. Vaxtında başlanan ağız yaxalamaları xəstəliyin daha da ağırlaşmasına mane ola bilər. Müalicəvi sorma həblərdən istifadə edin. Sorma və çeynəmə zamanı çox miqdarda tüpürcək ifraz olunur ki, bu da antiseptik və müalicəvi xüsusiyyətlərə malikdir.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qadın öldürüldü