Sirroz necə yaranır və niyə təhlükəlidir? – Mütəxəssis açıqlayır
09 Aprel 2026, 18:00
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
954
12.12.2019, 20:01
"Ağızla nəfəs almaq - burunla yemək kimi bir şeydir" - qədim atalar sözüdür.
Burun tənəffüsünün çətinləşməsi həkim-otorinolorinqoloqa müraciətlərin ən əsas səbəbidir. Bu hal uşaq yaşlarında həyat keyfiyyətinə, təhsilə, körpə yaşlarında isə ümumi inkişafa təsir edir. Yuxarı tənəffüs yollarının müxtəlif anomaliyaları, vaxtında aşkar və müalicə olunmayan xəstəliklər (adenoidlər, sinusitlər, rinitlər, burun çəpərinin əyrilikləri və s.), həmçinin digər qrup səbəblər burunun selikli qişasının çətin müalicə olunan və ya müalicə olunmayan patoloji dəyişikliklərinə, normal burun tənəffüsünün pozulmasına səbəb ola bilir.
Burun tənəffüsünün çətinləşməsinin əsas simptomları. Belə insanlar adətən ağzı açıq yatırlar, onların yuxuları narahat olur, tez-tez ayılırlar və adətən xoruldayırlar. Onlar daima yuxusuzluqdan şikayət edir və buna görə də həmişə halsız və apatik görünürlər. Bu səbəbdən məktəblilər və tələbələrin dərsə davamiyyəti aşağı düşür, yaddaş və diqqət pozğunluğu baş verir. Böyük insanlarda isə iş qabiliyyəti aşağı düşür, onlar əsəbi olurlar.
Buruna daxil olan hava təmizlənir, nəmlənir, isinir. Ağızla tənəffüs zamanı ağciyərlərə təmizlənməmiş, quru və soyuq hava daxil olur ki, bu da ağciyərlər və bronxların xəstəliklərinə səbəb olur. Belə pasiyentlər baş beyinə qan və limfa axınının çətinləşməsi nəticəsi olaraq daima baş ağrılarından şikayətlənirlər. Bu hallar burun boşluğunun durğunluq əlamətləri kimi izah olunur. Beləliklə, burun tənəffüsünün pozulması əksini yalnız tənəffüs orqanlarında tapmır, həmçinin bütün orqanizmdə əhəmiyyətli dəyişikliklərə səbəb ola bilir.
Həmçinin oxuyun
Burun tənəffüsünün çətinləşməsinin müalicəsində əsas yanaşma - eliminasiyon terapiyadır. Eliminasiyon terapiyanın əsas məqsədi burun boşluğunun izotonik məhlullarla yuyulması zamanı seliyin, allergenlərin, virus və bakteriyaların xaric olmasına əsaslanır ki, bu da öz növbəsində zökəmdən xilas olmağa kömək edir. Ev şəraitində virus mənşəli zökəmlə əsas mübarizə yolu burun boşluğunu duzlu məhlullar ilə yumaqdır. İzotonik məhlullar əsasında olan preparatlarla aparılan tədqiqatlar zamanı sübut olunmuşdur ki, onlar yalnız virus və bakteriya tərkibli seliyi xaric etmir, həmçinin rinitin müalicəsinə də kömək edir. Müəyyən olunmuşdur ki, izotonik məhlullar kirpikli epitelinin işini gücləndirir və aktivləşdirir, virus mənşəli zökəmi törədən selik və mikroorqanizmlərin burun boşluğundan xaric olmasını yaxşılaşdırır və xəstəlik törədən bakteriyaların artıb çoxalmasının qarşısını alır. Həmçinin lizosimin antibakterial agentinin sintezi, interferonun müdafiə zülalını və immun zülallarını hasil edərək yerli immuniteti yüksəldir. Bununla da zökəmin təkrar əmələgəlməsinin qarşısı alınır.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
22:58 / 09 Aprel 2026
22
22:44 / 09 Aprel 2026
36
22:34 / 09 Aprel 2026
43
22:19 / 09 Aprel 2026
77
21:56 / 09 Aprel 2026
63
21:46 / 09 Aprel 2026
58
21:29 / 09 Aprel 2026
58
21:09 / 09 Aprel 2026
61
20:58 / 09 Aprel 2026
63
20:36 / 09 Aprel 2026
108
20:14 / 09 Aprel 2026
243
20:00 / 09 Aprel 2026
158
19:59 / 09 Aprel 2026
206
19:44 / 09 Aprel 2026
88
19:30 / 09 Aprel 2026
167
19:16 / 09 Aprel 2026
234
19:02 / 09 Aprel 2026
110
18:50 / 09 Aprel 2026
81
18:40 / 09 Aprel 2026
114
18:30 / 09 Aprel 2026
111
18:20 / 09 Aprel 2026
76
18:10 / 09 Aprel 2026
173
18:00 / 09 Aprel 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.