Qaynar xətt:

(+99450) 247 90 86

Orqanizmi yapışqanlı selikdən təmizləmək üsulu - Çox xəstəliklərin səbəbi budur

2019-08/1566929087_781257.jpg

TİBB

1382

27.08.2019, 22:04

\"\" Orqanizmdə müxtəlif orqanların içində və selikli qişasında iltihab və göbələk nəticəsində yapışqanlı, selik kimi axıntı qalığı toplanır.
Selik burun-boğazda, alında, ağciyərlərdə, bağırsaqlarda, limfalarda çox olur. Bu selik bədəndə qaldıqca yapışır və irinləyir. Orqanizmdə selik artıqlığı tez-tez qrip, infeksion xəstəliklər, öskürək, yuxululuq, apatiya, depressiya, iştahsızlıq, yorğunluq, halsızlıqla özünü büruzə verir. Oxu24.com medicina.az-a istinadən seliyi qovub çıxartmağın metodikasını təqdim edir. Ən effektiv metodlardan biri təzə zəncəfil kökünün istifadəsidir. Bunun üçün kiçik kökü təmizləyib, nazik dilimlərə doğrayıb, bir çay qaşığı miqdarında kökü 1 stəkan qaynar suda dəmləyib, soyudub içməkdir. İstəsəniz bal da qata bilərsiz. Mədə-bağırsağın daxili divarlarına yapışan seliyi təmizləmək üçün sizə qara dənəvər istiot lazımdır. 3-4 ədəd istiotu çeynəmədən udub, üstündən 1 stəkan təmiz su için. Bu prosedurları axşam 18-dan sonra yeməkdən sonra edin. Kurs 7 gündür. İldə 2-3 dəfə təkrarlayın.