Azərbaycanda koronavirus təhlükəsi varmı? - HƏKİM DANIŞIR
03 Noyabr 2026, 00:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
277
03.09.2026, 14:15
Qida təhlükəsizliyi məsələləri günümüzdə əhalinin sağlamlığının qorunması baxımından ən aktual mövzulardan biri kimi qalmaqdadır. Günəlik rasionda istifadə olunan bir çox ərzaq məhsulları düzgün saxlanılmadıqda və ya daşınma qaydaları pozulduqda sürətlə xarab olaraq insan orqanizmi üçün ciddi təhlükə mənbəyinə çevrilir. Yüksək temperatur, günəş şüalarının birbaşa təsiri və uyğun olmayan saxlanma şəraiti mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli mühit yaradır. Hətta keyfiyyətli, təzə və mənşəyi bəlli olan məhsullar belə düzgün qablaşdırılmadıqda və ya istiliyə məruz qaldıqda tərkibi dəyişərək kəskin zəhərlənmələrə yol aça bilir. Bu cür hal xüsusilə azyaşlı uşaqlar, yaşlılar, xroniki xəstəliklərdən əziyyət çəkənlər və immun sistemi zəif olan şəxslər üçün daha ağır fəsadlarla nəticələnir.
Mütəxəssislər bildirir ki, qida alarkən, hazırlayarkən və saxlayarkən sanitar-gigiyenik qaydalara tam əməl etmək sağlamlığın baş başlıca təminatıdır. İstehlakçıların məhsulun mənşəyinə, etiketinə, saxlanma temperaturuna və yararlılıq müddətinə diqqət yetirməsi kütləvi zəhərlənmə risklərinin qarşısını almaq üçün vacib şərtlərdən biridir. Qida zəhərlənmələrindən qorunmaq və təhlükəsiz bəslənmə vərdişlərinə yiyələnmək hər bir vətəndaşın gündəlik diqqət mərkəzində saxlamalı olduğu məsələlərdəndir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən qida mütəxəssisi Məhsəti Hüseynova tez xarab olan qidalar, zəhərlənmə riskləri və təhlükəsiz qidalanma qaydaları haqqında mühüm məqamları diqqətə çatdırıb:
“Süd və süd məhsulları, ət və ət məhsulları, həmçinin kremli şirniyyatlar temperatur yüksək olduqda daha tez xarab olmağa meyillidir. Yüksək istilik bakteriya və mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır ki, bu qidaları qəbul etdikdə orqanizmdə ciddi zəhərlənmələr baş verir”.
Onun sözlərinə görə, aşağı və yuxarı yaşlı insanlarda, xroniki xəstəliyi olanlarda və immun sistemi zəif şəxslərdə bu zəhərlənmələr daha ağır fəsadlarla nəticələnir.
Mütəxəssis xəbərdarlıq edib ki, qidalar hazırlanarkən sanitar-gigiyenik qaydalara uyğun, təmiz və steril şəkildə hazırlanmalıdır. Soyuq saxlanılması vacib olan məhsullar mütləq temperaturu dəyişməyən izotermik çantalarda və ya buz paketlərinin köməyi ilə daşınmalıdır.
M.Hüseynova qeyd edib ki, rasionda yerli və mövsümi meyvə-tərəvəzlərə, sadə suya, qurudulmuş meyvələrə, qoz-fındıq kimi çərəzlərə üstünlük verilməsi tövsiyə olunur. Bu qidalar az riskli olmaqla yanaşı, uzunmüddətli enerji verir:
“Ətsiz, təzə tərəvəzlərdən hazırlanan sandviçlər həm doyumlu tutur, həm də gec xarab olan qidalar sırasındadır. Qarışıq yeməkləri əvvəlcədən qarışdırmaq olmaz; tək çeşidli qidaları saxlayıb yalnız istifadə olunacağı anda qarışdırmaq lazımdır”.
Yekunda ekspert əlavə edib ki, paketlənmiş məhsulların zədələnməməsinə, mənşəyinin və istehsalçı şirkətin bəlli olmasına baxılmalıdır. Mənşəyi bilinməyən və nəzarətdən uşaq yerlərdə satılan qidalar ciddi sağlamlıq riskləri yaradır. Həmçinin qablaşdırma üzərindəki saxlanma temperaturuna və açıldıqdan sonra istifadə müddətinə mütləq riayət olunmalıdır.
Çimnaz Telmanqızı
00:25 / 03 Noyabr 2026
27
00:20 / 03 Noyabr 2026
31
00:15 / 03 Noyabr 2026
48
00:15 / 03 Noyabr 2026
46
00:06 / 03 Noyabr 2026
84
23:44 / 02 Noyabr 2026
69
23:39 / 02 Noyabr 2026
72
23:38 / 02 Noyabr 2026
54
23:37 / 02 Noyabr 2026
88
23:32 / 02 Noyabr 2026
81
23:28 / 02 Noyabr 2026
82
23:24 / 02 Noyabr 2026
79
23:19 / 02 Noyabr 2026
115
23:12 / 02 Noyabr 2026
88
23:05 / 02 Noyabr 2026
101
23:05 / 02 Noyabr 2026
100
22:55 / 02 Noyabr 2026
270
22:48 / 02 Noyabr 2026
205
22:44 / 02 Noyabr 2026
89
22:27 / 02 Noyabr 2026
107
22:25 / 02 Noyabr 2026
101
22:22 / 02 Noyabr 2026
89
22:18 / 02 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.