Ürək damarına hava qabarcığı düşərsə, nə baş verir? – Kardioloq AÇIQLADI
10 Noyabr 2026, 16:47
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
286
21.08.2026, 13:45
İnsan papiloma virusu (İPV) günümüzün ən aktual və geniş yayılmış tibbi problemlərindən biridir. Bu virus uşaqlıq boynunda xərçəngönü dəyişikliklərə, dysplasia hallarının yaranmasına səbəb ola bilər. Belə patologiyaların qarşısının alınması və müalicəsi zamanı cərrahi müdaxilələrə ehtiyac yaranır. Lakin bir çox qadınları narahat edən əsas sual bu müdaxilələrin gələcəkdə hamiləliyə və uşaq dünyaya gətirməyə hansı dərəcədə təsir göstərməsidir. Müalicə üsulunun doğru seçilməsi patologiyanın dərinliyindən və yerləşdiyi nahiyədən asılı olaraq dəyişir. Mövzu ilə bağlı mütəxəssis rəyini təqdim edirik.
Müsahibimiz, həkim-mütəxəssis Aygün Osmanova bildirib ki, müalicə zamanı tətbiq olunan cərrahi müdaxilənin növünü seçmək birbaşa cərrahın işidir:
“Burada patologiyanın yerləşdiyi yer — uşaqlıq boynunun ekstoserviksində, yaxud servikal kanalın daxilində olması — və displaziyanın dərəcəsi mühüm rol oynayır.
Məsələn, LEEP (qulp varı elektrocərrahi eksiziya) işləmi uşaqlıq boynunun daha səthi patologiyalarında, yəni xarici səthə yaxın hissələrdə tətbiq edilir. Bu zaman zədələnmiş toxuma zədələnmə sahəsindən 1 sm-dən çox dərinə getmir”.
O qeyd edib ki, toxuma parçası dərinliyi 1 sm-dən çox olmamaqla götürüldüyü üçün uşaqlıq boynu zərər görmür. Nəticədə LEEP əməliyyatından sonra pasiyent nə hamiləliyin baş tutmasında, nə də onun gedişatında hər hansı bir problem yaşamır.
Həkimin sözlərinə görə, konizasiya əməliyyatında uşaqlıq boynundan konus şəklində toxuma parçası götürülür və dərinlik 2.5 sm-ə qədər ola bilər. Bu cür dərin cərrahi müdaxilələrdən sonra hamiləlik gedişatında servikal yetməzlik və digər oxşar fesadların ortaya çıxma riski yaranır.
18:19 / 10 Noyabr 2026
1
18:17 / 10 Noyabr 2026
3
18:04 / 10 Noyabr 2026
51
18:02 / 10 Noyabr 2026
315
17:54 / 10 Noyabr 2026
74
17:42 / 10 Noyabr 2026
80
17:35 / 10 Noyabr 2026
81
17:16 / 10 Noyabr 2026
294
17:10 / 10 Noyabr 2026
110
17:06 / 10 Noyabr 2026
175
16:55 / 10 Noyabr 2026
540
16:47 / 10 Noyabr 2026
95
16:41 / 10 Noyabr 2026
90
16:35 / 10 Noyabr 2026
151
16:21 / 10 Noyabr 2026
155
16:12 / 10 Noyabr 2026
257
15:58 / 10 Noyabr 2026
128
15:44 / 10 Noyabr 2026
235
15:34 / 10 Noyabr 2026
372
15:31 / 10 Noyabr 2026
104
15:25 / 10 Noyabr 2026
146
15:22 / 10 Noyabr 2026
121
14:58 / 10 Noyabr 2026
3890
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.