Ürək damarına hava qabarcığı düşərsə, nə baş verir? – Kardioloq AÇIQLADI
10 Noyabr 2026, 16:47
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
254
21.08.2026, 12:35
Ürək-damar xəstəlikləri günümüzdə ən çox rast gəlinən və vaxtında müayinə olunmadıqda ciddi fəsadlara yol açan problemlərdən biridir. Xüsusilə ürək qapaqlarında yaranan patologiyalar və onların yaranma səbəbləri həkimlərin hər zaman xüsusi həssaslıqla yanaşdığı məsələlər sırasındadır. Zob xəstəliklərinin, o cümlədən hipotireozun (tənbəl zob) orqanizmə və doğrudan doğruya ürək fəaliyyətinə mənfi təsirləri geniş müzakirə olunur. Bu cür hallarda düzgün diaqnozun qoyulması və müalicə taktikalarının seçilməsi pasiyentin gələcək sağlamlığı üçün həyati əhəmiyyət kəsb edir. Mövzu ilə bağlı mütəxəssis fikirlərini öyrənmək üçün həkim-kardioloqa müraciət etdik.
Müsahibimiz kardioloq Aynur Məmmədova hipotireozun ürək qapaqlarına təsiri və bu zaman yaranan fəsadlar barədə Oxu24.com-a ətraflı məlumat verib.
Hipotireoz ürək qapaqlarında sallanmaya necə səbəb olur?
Kardioloq Aynur Məmmədova bildirib ki, hipotireoz, yəni xalq arasında "tənbəl zob" kimi tanınan qalxanvari vəz funksiyasının çatışmazlığı ürək qapaqlarında sallanmaya (prolaps) gətirib çıxara bilər:
"Bizim üçün vacib olan məsələ ürək qapağında yaranan sallanmanın səbəbini və dərəcəsini müəyyən etməkdir. Bəzi hallarda, məsələn, insan birdən-birə kökəldikdə və ya sürətlə arıqladıqda dəri sallanması olduğu kimi, ürək qapaqlarında da müəyyən dərəcədə əyilmə və ya sallanma müşahidə oluna bilər”.
Qapaq sallanmasının təhlükəsi nədir?
Həkimin sözlərinə görə, qapaqdakı cüzi əyilmə hər zaman ağır fəsad demək olmasa da, müəyyən həddi keçdikdə ciddi risklər yaradır:
"Əgər qapaq tam şəkildə düzgün qapanmırsa və yalnız yüngül bir əyilmə varsa, bu, ağır bir problem sayılmaya bilər. Lakin qapaq sallanması çoxalarsa və ciddi həddə çatarsa, bu artıq qanın geriyə sızmasına (requrgitasiya) səbəb olur. Qanın geriyə axması isə gələcəkdə ürəyin genişlənməsinə, ürək çatışmazlığına və hətta cərrahi əməliyyat tələb edən ağır fəsadlara gətirib çıxara bilər”.
Kardioloq vurğulayıb ki, qapaq sallanmasının səbəbləri müxtəlif ola bilər. Bəzi insanlarda bu, anadangəlmə quruluş xüsusiyyəti olduğu halda, digərlərində keçirilmiş iltihabi proseslər və ya miksomatoz dəyişikliklər nəticəsində meydana gəlir:
"Hipotireoz zamanı orqanizmdə maddələr mübadiləsi zəifləyir, toxumalarda müəyyən durğunluq və maye toplanması baş verir. Bu proses qalxanvari vəz çatışmazlığı fonunda ürək qapaqlarında da miksomatoz dəyişikliklərə və qapağın yumşalaraq sallanmasına şərait yaradır”.
Sonda kardioloq Aynur Məmmədova pasiyentlərə müraciət edərək bildirib ki, hər hansı narahatlıq və təngnəfəslik hissi olduqda mütləq kardioloji müayinələrdən (məsələn, TSH analizi və exokardioqrafiya) keçmək, narahatlığın dəqiq kökünü araşdırmaq və vaxtında müalicəyə başlamaq lazımdır.
17:42 / 10 Noyabr 2026
18
17:35 / 10 Noyabr 2026
42
17:16 / 10 Noyabr 2026
169
17:10 / 10 Noyabr 2026
81
17:06 / 10 Noyabr 2026
111
16:55 / 10 Noyabr 2026
361
16:47 / 10 Noyabr 2026
82
16:41 / 10 Noyabr 2026
81
16:35 / 10 Noyabr 2026
102
16:21 / 10 Noyabr 2026
134
16:12 / 10 Noyabr 2026
218
15:58 / 10 Noyabr 2026
118
15:44 / 10 Noyabr 2026
217
15:34 / 10 Noyabr 2026
348
15:31 / 10 Noyabr 2026
102
15:25 / 10 Noyabr 2026
140
15:22 / 10 Noyabr 2026
118
14:58 / 10 Noyabr 2026
3367
14:55 / 10 Noyabr 2026
629
14:48 / 10 Noyabr 2026
574
14:23 / 10 Noyabr 2026
629
14:20 / 10 Noyabr 2026
995
14:09 / 10 Noyabr 2026
430
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.