Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16338
az

Dünya bu dərmanlardan çoxdandır ki, imtina etdi. Biz hələ də içirik...

20:0331 İyul, 2019
862
TİBB
  • A
Rusiya mütəxəssisləri bütün dünyada istifadədən çıxarılmış, lakin postsovet ölkələrinin əksəriyyətində hələ də istifadə olunan dərmanlar haqqında məlumat verib.

Bu dərmanlar bizdə də çox geniş istifadə olunur.

Oxu24.com saglamolun.az-a istinadən sizə bu dərmanların siyahısı ilə tanış edir:

- Biseptol. Elmi araşdırmalar göstərib ki, bu preparat öz effektivliyini itirib (mikrobların əksəriyyəti ona qarşı davamlıdır). Bu səbəbdən bu preparatdan istifadə bi çox hallarda effekt vermir. Bundan əlavə uzun müddət ərzində istifadə olunduqda biseptol çox ciddi allergik reaksiyalara səbəb ola bilər. Bunları nəzərə alaraq mütəxəssislər daha müasir və effektli mikrob əleyhinə preparatlardan istifadə etməyi tövsiyə edirlər.

- Korvalol və valokordin. Bu preparatlar ürək tutması və ürək xəstəlikləri zamanı effektsizdir. Həmçinin onların tərkibində olan trankvilizator tez bir zamanda asılılıq yaradır. Ekspertlər xəbərdarlıq edir ki, müntəzəm olaraq istifadə olunduğu halda valokordin və korvalol sinir sistemi pozulmaları, nəzfəsalmanın pozulması və hətta komaya səbəb ola bilər. Avropa ölkələrində bu preparatlar çoxdandır ki, istifadə olunmur.

- Validol. Ürək tutması və ürək ağrıları zamanı heç bir effekt vermir, yalnız yüngül sakitləşdirici kimi təsir edir.

- Levomesitin. Bu antibiotikin çox ciddi yanaşı təsirləri var. Bu səbəbdən mütəxəssislər daha müasir və yanaşı təsirləri az olan antibiotiklərdən istifadə etməyi tövsiyə edirlər.

Sonda nəzərinizə çatdıraq ki, istənilən dərman preparatı, hətta söhbət "ziyansız" vitamin və minerallardan gedirsə belə yalnız və yalnız həkim tərəfindən təyin olunmalıdır. Özünümüalicə ilə məşğul olmayın! Bu ağır fəsadlara səbəb ola bilər! Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub