Bu səhvi edirsinizə,akne keçməyəcək - Həkim
21 Sentyabr 2026, 22:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1733
22.02.2024, 00:10
Heyvanın meyvəsi, qabığı, tumu, hətta yarpağı və çiçəyi ayrı-ayrılıqda min bir dərdə şəfadır.
Sağlamolun.az xəbər verir ki, göy, quru öskürək, mədə-bağırsaq iltihabı, ürək-damar fəaliyyətinin artırılmasında, böyrək və sidik-cinsiyyət orqanları iltihabının müalicəsində heyvanın böyük əhəmiyyəti var. Heyva toxumunun dəmləməsi mədə-bağırsaqda olan səpgilərin, tənəffüs orqanlarının, böyrək ağrılarının müalicəsinə çox faydalıdır. Uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir. Hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir. Dəriyə və dırnaqlara parlaqlıq qazandırır.
Heyva tumundan dəriyə təbii botoks effekti verən maska hazırlamaq üçün 7-8 ədəd tumu çıxarıb 1 stəkan ilıq suda, ağzı açıq şəkildə 1 gün saxlayın. Alınan jeleni 20 dəqiqə dərinizdə saxlayın. Üzünüzü ilıq suyla yuyun. Bu maska dərini yumşaldır və onun elastikliyini bərpa edir, qırışları azaldır. Yaxşı nəticə üçün maskanın 20 gün müddətində müntəzəm istifadəsi şərtdir.
Heyva tumu ancaq gözəllik sektorunda deyil, sağlamlıq problemləri ilə əlaqədar da istifadə edilir. Heyva tumunun bronxitə, öskürəyə, mədə və bağırsaq problemlərinə müsbət təsiri var. Ciyərlər üçün də olduqca faydalıdır. Ağız yaraları və qoxusunun qarşısını almaqda da olduqca təsirlidir. Heyva tumunu alma çəyirdəyi və bal ilə birlikdə qarışdırıb məcun halında qəbul etsəniz və su ilə qaynadıb içsəniz, öskürəyi kəsər.
Heyva tumunu qaynadıb suyunu acqarına içmək sidik yolu iltihabına yaxşı təsir edir. Heyvanın yarpağı və çiçəkləri də soyuqdəymədə və mikroblarla bağlı narahatlıqlarda istifadə edilə bilər. Uşaqlarda rast gəlinən ishal problemini ortadan qaldırır.
23:29 / 21 Sentyabr 2026
1
23:14 / 21 Sentyabr 2026
37
22:27 / 21 Sentyabr 2026
48
22:22 / 21 Sentyabr 2026
48
22:20 / 21 Sentyabr 2026
45
22:12 / 21 Sentyabr 2026
59
22:04 / 21 Sentyabr 2026
44
22:03 / 21 Sentyabr 2026
53
21:55 / 21 Sentyabr 2026
61
21:47 / 21 Sentyabr 2026
58
21:41 / 21 Sentyabr 2026
70
21:35 / 21 Sentyabr 2026
63
21:32 / 21 Sentyabr 2026
66
21:30 / 21 Sentyabr 2026
88
21:21 / 21 Sentyabr 2026
67
21:18 / 21 Sentyabr 2026
55
21:18 / 21 Sentyabr 2026
56
21:11 / 21 Sentyabr 2026
95
21:02 / 21 Sentyabr 2026
59
20:56 / 21 Sentyabr 2026
65
20:52 / 21 Sentyabr 2026
65
20:29 / 21 Sentyabr 2026
68
20:10 / 21 Sentyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.