Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14840
az

Uşaqlarda qurd olduğunu necə müəyyən etmək olar? - PEDİATRDAN ÇAĞIRIŞ

23:5622 İyun, 2019
581
  • A
 
"Bəzi "insanlar" daha çox pul qazanmaq üçün qan analizi verdirərək pasiyentləri qurd mövcudluğuna dair iddialarla qorxutmağa və aldatmağa davam edirlər".

Oxu24.com tibb.az-a istinadən bildirir ki, bunu pediatr-infeksionist Həmid Hacıağayev açıqlayıb.

Həkim bununla bağlı valideynlərə müraciərt edib:

Neçənci dəfədir ki, bu mövzuda məqalələrimdə qeyd edirəm, lakin görürəm ki, xeyri yoxdur. Hörmətli valideynlər, əziz həmvətənlərim, yadda saxlayın, sizin, yaxud övladınızın bədənində qurd olduğunu yalnız növbəti şərtlərdə demək olar:

1. Siz özünüz həmin qurdları uşağın nəcisində, yatağında və s. görmüsünüz.

2. Nəcisi müayinəyə vermisiniz və həkim-laborant mikroskop altında qurdun özünü yaxud yumurtalarını aşkar edib.
3. Müəyyən simptomatika var.

Mütəxəssis vurğulayıb ki, qanda qurdlara qarşı immunoqlobulinin aşkar edilməsi, xüsusən də "G" tipli olması, heç bir əhəmiyyət daşımır: "Helmintozlarin (qurdların - red.) müalicəsi isə yalnız dərmanlarla həyata keçirilir və üstəgəl bununla bağlı müəyyən pəhrizlər var. Qurdların aşkarlanması və müalicəsi heç bir aparatla edilə bilməz! Nağıllara aldanmayın!" Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
TƏCİLİ! Ata və oğul həbs olundu