Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
862
29.12.2025, 21:04
Hipertoniya yüksək qan təzyiqi deməkdir. Yəni qan damarlarında qan adi normaldan daha güclü təzyiq göstərir.
Bu xəstəlik “sakit qatil” adlanır, çünki çox vaxt heç bir əlamət vermir, amma ürək, beyin, böyrək və damarlar üçün ciddi təhlükə yaradır.
Məsələ ilə bağlı Oxu24.com-a danışan kardioloq, Dr.Günay Məhərrəmzadə bildirir ki, son illər dünyada olduğu kimi Azərbaycanda da yüksək qan təzyiqi, yəni, hipertoniya artıq yalnız yaşlıların deyil, gənclərin də sağlamlıq problemi kimi diqqət mərkəzinə düşüb. Biz Həkimlərin müşahidələrinə əsasən, bu xəstəlik getdikcə “gəncləşir” və çox zaman vaxtında aşkar olunmur.
Bəs Hipertoniya nədir və niyə gənclər arasında artır?
Həkimin sözlərinə görə,hipertoniya arterial qan təzyiqinin uzun müddət normadan yüksək qalmasıdır. Normal göstərici orta hesabla 130/80 mm civə sütunu sayılır. Təzyiqin davamlı şəkildə yüksəlməsi həyati vacib orqanlar (beyin, böyrək, ürək) xüsusən ürək-damar sistemi üçün ciddi risk yaradır.
"Gənclər arasında hipertoniyanın artmasını əsasən müasir həyat tərzi ilə əlaqələndirirəm. Oturaq həyat, sürətli və düzgün olmayan qidalanma, stress, yuxu pozuntuları və zərərli vərdişlər bu xəstəliyin erkən yaşlarda yaranmasına zəmin yaradır. Bundan əlavə, irsi faktorlar da mühüm rol oynayır",-deyə kardioloq bildirib.
Gənclərdə yüksək qan təzyiqinə səbəb olan əsas amillər sırasında:
1 )fiziki aktivliyin azlığı
2)fast-food, duzlu və yağlı qidaların çox qəbulu
3)artıq çəki
4)uzunmüddətli stress
5)siqaret, enerji içkiləri və yuxusuzluq göstərilir.
Bu faktorlar damarların elastikliyini azaldır və qan dövranını pozur.
Hipertoniya çox zaman uzun müddət heç bir əlamət vermədən inkişaf edir. Bu səbəbdən xəstəlik gec mərhələdə aşkar olunur. Lakin bəzi hallarda baş ağrısı (xüsusən səhərlər), başgicəllənmə, ürəkdöyünmə, tez yorulma, burun qanaması kimi əlamətlər müşahidə edilə bilər. Biz Həkimlər bu hallarda qan təzyiqinin mütləq ölçülməsini tövsiyə edirik. Vaxtında mütəxəssis( həkim- kardioloq) konsultasiyadan və müvafiq intrumental və laborator analizlərdən keçmək tövsiyə edirəm.
Bir həkim olaraq deyə bilərəm ki, hipertoniyanın qarşısını almaqda profilaktika əsas rol oynayır. Gənclər üçün tövsiyə edəcəyim tədbirlər bunlardır:
-sağlam və balanslı qidalanma( işlənmiş qidaları azaldıb, təbii meyvə və tərəvəzlərə üstünlük vermək)
-duzdan ölçülü istifadə( gündə 5 qramdan çox olmamaqla)
-gündəlik fiziki aktivlik( gündə ortalama 6000-8000 addım )
-stressin azaldılması ( istirahət, hobbilərə, sevdiyi məşğuliyyətlərə vaxt ayırmaq)
-normal yuxu rejimi(sutkada 7-8 saat )
-zərərli vərdişlərdən uzaq durmaq,
-qan təzyiqini mütəmadi yoxlamaq.
"Bu sadə vərdişlərin gündəlik həyata daxil edilməsi gələcəkdə ciddi ürək-damar xəstəliklərinin qarşısını ala bilər.
Əgər hansısa irsiyətdə insult , ürək mənşəli ölüm halları varsa həmin nəsildə cavanların 30 yaşında qədər 1 dəfə 30 yaşdan sonra ildə 1 dəfə ürək müayinəsi keçməsini tövsiyə edirəm”,-deyə həkim bildirib.
Çimnaz Telmanqızı
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.