Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14798
az

Təzyiqiniz niyə aşağı düşür: səbəblər və müalicəsi – Ölüm təhlükəsi varmı?

20:0921 İyun, 2019
1070
TİBB
  • A
Adətən insanlar yüksək təzyiqdən daha çox əziyyət çəkir, bu haqda məsləhətlər istəyir, təzyiqin yüksəlməsindən insult və infartk olacağından qorxur. Lakin bir qrup xəstələr də vardır ki, aşağı təzyiqdən şikayətçidir. Amma onları ciddiyə alan olmur. Çünki nədənsə insanlara elə gəlir ki, aşağı təzyiq elə də qorxulu deyil.

Xüsusən yay aylarında hipotoniyası - zəif, aşağı təzyiqi olan insanların səhhətində problemlər çoxalır.
Oxu24.com medicina.az-a istinadən hipotoniyanın səbəbləri, növləri, müalicəsi haqqında araşdırmanı təqdim edir.

Hər insanın özünün fərdi təzyiq  göstəriciləri olur. Normadan cüzi artıb-azalma, həmin insanın özünü hiss etməsinə bağlıdır. Normada təzyiq 120/80 olmalıdır. Amma bəzi insanlar üçün 115/80 və ya 125/90 normal hesab oluna bilər.

Təzyiqin sizdə necə dəyişməsini bilmək üçün tonometrlə hər gün 3 dəfə təzyiq hər iki qolda ölçülməlidir.: səhər yuxudan oyanan  kimi, gün ərzində və axşam. Bu ölçmələr zamanı əldə olunan rəqəmlərdən özünüz üçün orta rəqəm götürün.

Əgər hər gün görsəniz ki, təzyiq  normadan 20-30 azdır, deməli, sizdə hipotoniya var.
Aşağı təzyiqə səbəb baş beynin qanla təchizatının pozulması, damarların qanı beyinə yaxşı qovmaması və zəif qan dövranıdır.

Aşağı təzyiqin səbəbləri:

-Yorğunluq
-Davamlı stress
-Yuxusuzluq
-Qalxanvari vəzi və hormonal pozulmalar
-B, C, E, maqniy və dəmirin azalması
-Qanazlığı
-Dayaq-hərəkət aparatı xəstəlikləri, onurğa
-Qan dövranı pozulması
-Damarların tonusunun pisləşməsi
-İrsi, genetik

Əlamətləri:

Təzyiq düşdükdə orqanizm bu simptomları verir:

-Baş ağrısı - alın, gicgah hissələrdə kəskin, deşici, küt ağrılar, sancılar
-Əl-ayaqların sanki donması, keyiməsi, iynə batması
-Ümumi zəiflik və halsızlıq
-Soyuq əl-ayaqlar
-Dərinin avazıması, rəngin qaçması
-Başgicəllənmə
-Zəif ürəkbulanma
 
Hipotoniya kəskin və xroniki olur.

Kəskin formada arterial təzyiq qəfildən, kəskin aşağı enir. Bu hal kəllə travmması, qəzalar, zəhərlənmə, qan itkisi, allergiya zamanı olur.
Xroniki hipotoniya isə stabil olaraq hər gün aşağı təzyiqin olmasıdır. Bu zaman çox xəstələr heç özlərini pis də hiss etmirlər.
Əgər aşağı təzyiq anadangəlmə yaranıbsa və uşaqlıqdan varsa, onun müalicəsinə ehtiyac yoxdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
TƏCİLİ! Ata və oğul həbs olundu