Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1408
az

Məşhur həkim: “Koroğlu kimi oğlan olsa da, genetik olaraq qadın idi”

09:4505 May, 2018
1346
TİBB
  • A
 Ailem.az tanınmış uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın sonsuzluq haqda məqaləsini təqdim edir.
 
Sonsuzluq nədir?
Guya kiminsə uşağı olmamasıdır.

Boş söhbətdir.
Sonsuzluq bir qadın və bir kişinin həftədə ən az 2 dəfə qorunmasız əlaqədə olmasına baxmayaraq, 16 ay sonra qadının hamilə qalmamasıdır.
 
“Doktor, 4 aydır evliyik, hamilə deyil”... Sonsuzluqla əlaqəsi yoxdur.
 
“Doktor, mən, dənizdə işləyirəm. Yoldaşımı da ayda 1 dəfə görürəm. Artıq 3 ildir evliyik. Hamilə qalmır”. Bu da sonsuzluq deyildir.
 
Əslində çox şey sonsuzluq deyildir. Bəs sonsuzluq "nəmənə" xəstəlikdir görəsən?
Bax, sizin dişin ağrıyırsa, SİZİN dişiniz xəstədir. Ananızın, oğlunuzun və ya qonşunuz Zərnigarın deyil - sizin dişiniz xəstədir.
Sonsuzluq elə bir hal deyildir.
 
Sonsuzluq bir CÜTÜN xəstəliyidir. Sonsuz kişi yoxdur. Sonsuz qadın da yoxdur. Sonsuz cütlük vardır.
 
Bu gün hamilə qala bilməyən cütlərdən:
 
30 %-də səbəbkar kişidir.
 
30%-də səbəbkar qadındır.
 
30%-də səbəbkar hər ikisidir.
 
10%-də səbəb bilinmir.
 
Necə yəni bilinmir? Sadəcə bilinmir.
 
Əgər müntəzəm əlaqəyə baxmayaraq, 16 ay sonrasında hamilə qalmaq istəyir, amma hamilə qala bilmirsinizsə, həkimə gedin. Kim getsin? İkiniz də. Həm qadın, həm kişi.
 
Kişinin bığının, saqqalının, bir də öküz kobudluğunun olması toxumunun yaxşı olduğu mənasına gəlmir.
Lənkərandan bir oğlan tanıyırdım, bığlı-saqqallı, belə Koroğlu kimi oğlan idi. Amma genetik olaraq qadın idi... Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü