Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1384
az

Deputat: "Telekanallarda elə həkimləri reklam edirlər ki, onların səviyyəsi ortadan da aşağıdır"

14:5404 May, 2018
1386
TİBB
  • A
 Oxu24.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

M.Quliyev qeyd edib: "Elə xəstəliklərin müalicəsini reklam edirlər ki, o xəstəlikləri poliklinikada da müalicə etmək mümkündür: "Özlərini elə göstərirlər ki, sanki, Azərbaycan əhalisinin sağlamlığı bunların əlindədir, bunlar bir nömrəli kilinikalardır. Onlara bu statusu kim verib?"

Deputat bildirib ki, bu cür hallara qarşı tədbirlər görülməlidir.

Milli Məclisin deputatı Çingiz Qənizadə də televiziya kanallarında həkim və dərmanların reklamına qarşı çıxıb.

Deputat deyib ki, həkimlərin və dərmanların televiziya kanallarında kortəbii reklamına yol vermək olmaz: "Özümüzü elə həkimlərdən qorumalıyıq. Nə qədər telekanallarda həkimlərin reklamını etmək olar? Hələ bu azmış kimi, artıq telefonlar vasitəsilə də insanları cəlb etməyə çalışırlar. Televiziya kanallarında dərmanların təbliği və reklamına yol vermək olmaz". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı