Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12964
az

Kişilərin nəzərinə! İntim əlaqə zamanı sizdə bu hal ölümünüzə səbəb ola bilər

18:5709 May, 2019
8019
TİBB
  • A
 

Yəqin çox kişilər qadınların intim münasibətdən imtina etmək üçün "başım ağrıyır, bu gün yox” sözünü çox xatırlayır. Bu sözə indi çoxları inanmayıb zarafata çevirsə də, alimlər işin ciddi olduğunu bildirir. Həqiqətən də elə tip insanlar var ki, intim münasibətdən sonra başı ağrıyır, tibbdə buna Koital sefalgiya” deyilir.

OXU24.COM Medicina.az -A İSTİNADƏN  xəbər verir ki, bu tip baş ağrıları həm intim münasibət zamanı, həm sonra, həm də əvvəldən başlaya bilər.

Əgər qadınlarda bu tip baş ağrısı öncədən özünü büruzə verirsə və ya qadınlar əlaqədən sonra başının ağrıyacağını bildiyindən, əvvəldən tədbirli davranıb imtina edirsə, kişilərdə bu ağrılar şiddətli şəkildə intim aktın sonunda baş verir.

Çox kişilər bunu orqazmla bağlayaraq, sinir və əzələlərinin çox sıxılması ilə əlaqələndirir. Baş ağrısı zamanı sanki çəkiclə başın ön və arxa tərəfinə zərbə endirilmiş kimi hiss olur.

Səbəbləri:

-Həddən artıq bədən gərginliyi, fiziki işə bərabər enerjinin xərclənməsi
-Boyunda, onurğada problemlərin olması
-Stress, həyəcan
-Genetik
-Ürək-damar problemləri

{banner_reklam}


Bu baş ağrıları bir neçə dəqiqədən bir neçə saata kimi davam edə bilər.

Xoşxəssali baş ağrılarının bəzən ciddi, alt səbəbləri də olur. Bunun üçün vaxtında müayinə olunmaq lazımdır. Çünki bəzən baş beyində olan şişlər də cinsi əlaqə zamanı kəskin baş ağrı verir.


HƏMÇİNİN OXU:  Ərəb şeyxinin birgünlük arvadı olan azərbaycanlı qızın lüt görüntüsü yayıldı-VİDEO


Diaqnostika

Kompüter tomoqrafiyası ilə orqanik səbəblər istisna olunmalıdır.

Bu baş ağrısının 3 tutma növü var: qəfil,kəskin növü 70% xəstələrdə rast gəlinir. Baş ağrısı əlaqədən öncə və əlaqə vaxtı başlayır.

Orta kəskin növü 25% hallarda orqazm halında intensivlik zamanı başlayır və finala doğru kəskinləşir. Küt, kəsici ağrı olub, başın arxasını əhatə edir. Ürəkbulanma, qusma verə bilər.

Postural ağrı: daha çox yayılıb, cinsi əlaqədən sonra, hətta bir neçə saat sonra başlayır. Uzanan vəziyyətdə ağrı bir az səngiyir.

Əsas səbəbi onurğa beyin mayesinin kəllədən onurğa beyninə geri axmasıdır.

ABŞ Nevrologiya İnstitutunun eksperti Xose Biller bildirir ki, çox zaman insanlar cinsi əlaqə zamanı başlanan bu ağrılardan həkimə şikayət edərkən utandıqlarından səbəbi demir, gizlədir, bu da ağrının növünü dəqiqləşdirməkdə çətinlik yaradır.


HƏMÇİNİN OXU:  Azərbaycanda ağır yol qəzası: Yaralılar yola düşdü- VİDEO (18+)


Çox zaman kəskin baş ağrısı həm insanın özünü, həm də yataq partnyorunu qorxudur, insana komplekslər yaşadır. Qarşı tərəf özünü günahkar bilir.
Kişilərdə qadınlara nisbətən 3-4 dəfə çox rast gəlinən koital baş ağrısı kişilərin ürək-damar sisteminin daha çox gərginlik keçirməsi ilə bağlıdır.
Əgər bir insanda miqren varsa, o zaman intim əlaqə baş ağrılarının inkişafı da gözləniləndir.

Əgər bu hal sizdə ilk dəfə, qəfildən kəskin baş veribsə, nevroloq və kardioloq müayinəsindən keçin. Əks təqdirdə, çox zaman kişilərdə rast gəlinən intim əlaqədan dərhal sonra infarkt, insult və anevrizma ilə ölüm qaçılmazdır.


{banner_reklam} Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadının ən gizli orqanının sirri açıldı – Əslində bunun üçünmüş
Velosiped sürmək qadınlarda cinsi istəyi azaldır - ARAŞDIRMA
Bu xəstəlik cinsi yolla qadınlardan kişilərə keçir

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu