Beynəlxalq alim qrupu ilk dəfə olaraq şişə qarşı maddəni kedarsidinlə sintez edib. Bu birləşmə şişli hüceyrələrə qarşı mübarizədə effektivdir, həmçinin, antibiotiklərə davamlı olan bakteriyaları məhv edə bilir.
Oxu24.com bildirir ki, bu barədə Phys.org saytında press-reliz dərc olunub.
Tədqiqatçılar kedarsidinin molekulyar strukturunu təbiətdə aşkarlanmasından 10 il sonra müəyyənləşdirə bilib. Birləşmə 30 il əvvəl Hindistanda torpaqdan götürülmüş nümunələrdən hasil edilib.
Məlum olub ki, bu birləşmə yüksək bioloji aktivliyə malikdir, mikroorqanizmlərin hüceyrələrində və xərçəng hüceyrələrində DNT-nin zədələnməsinin qarşısını alır, onların davamlı inkişafının qarşısını alır. Ancaq strukturunun mürəkkəb olmasına görə, alimlər uzun müddət onu laborator şəraitdə əldə edə bilməyib.
Mütəxəssislərin fikrincə, əldə olunmuş nəticələr yeni nəsil antibiotiklərin və bədxassəli şişlərə qarşı agentlərin yaradılmasına kömək edəcək. Oxu24.com
ŞƏRHLƏR