Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12245
az

Gözlərinə bax, xəstəliyini tap - Təhlükəli dəyişikliklər

07:5922 Aprel, 2019
697
TİBB
  • A
Gözlər təkcə qəlbin aynası yox, orqanizmdə baş verən dəyişiklik və xəstəliklərin də güzgüsüdür. Qədimdə elə təbiblər xəstənin dilinə və gözünə baxmaqla, daxildə nə baş verdiyini təxmin edirdilə

Oxu24.com bildirir ki, medicina.az gözlərdə baş verən dəyişikliklərin hansı xəstəliklərdən xəbər verdiyini araşdırıb.

Gözdə ağ ləkə

Mirvari suyu, katarakta da gözdə ağarma, ağ ləkə kimi biruzə versə də, gözün içində ağ ləkə təkcə bu xəstəliyin əlaməti deyil. Hətta həkimlər də ilk baxışdan ağ ləkə ilə kataraktanı ayırd edə bilmir. 

Əgər gözünüzdə nöqtə ölçüsündən tutmuş bəbəyi tam tutana kimi ağ ləkə, örtük varsa, bilin ki, bu, buynuz qişanın xorası və bir sıra infeksiyaların nəticəsidir. Bu əlamət zavodlarda işləyən, gur işığa çox baxan, kontakt linza taxanlarda çox rast gəlinir. Gənclər vaxtı keçmiş linza taxdıqda, yatanda linzaları çıxarmadıqda, keyfiyyətsiz linza istifadə etdikdə gözü zədələyir. Gözün içində nöqtə boyda belə ağ ləkə görsəniz, dərhal həkimə getməlisiz.

Göz içində qızartı, qançəkmə

Göz almasında kapilyarların üzə çıxıb, gözə qırmızılıq verməsi adi yuxusuzluqdan, yorğunluqdan da ola bilər, hər hansı göz damcısının əks-təsirindən də. Göz dibi təzyiq, zərərli vərdiş, telefon, iş yerindəki şəraitdən də gözdə kapilyarlar partlaya bilər. Bu zaman göz içi qızarır. 

Gözlərdə quruluq

Göz almasının selikli qişasının həddən artıq quruması daha çox şagird, tələbə və yazı işində çalışanlarda olur. Lakin bu hal Şeqren sindromu da ola bilər. Bu autoimmun xəstəlik göz yaşı vəzilərini zədələyir. Bu sindromun yaranma səbəbi isə allergiya ola bilər. 


Görmənin zəifləməsi, itməsi

Görmənin qəfil və tam itməsi nadir halda baş versə də, daha çox diabet xəstələrində belə hallar ola bilər. Görmə zəifləyir, tədricən kəskinləşir. Amma torlu qişanın qopması da gözün birdən kor olması ilə nəticələnir. Ümumiyyətlə, görmədə zəiflik oldusa, bu halçın öz-özünə keçib gedəcəyini gözləmək olmaz. Aylar və illərlə davam edən patologiya sonda gözün tamam tutulması ilə nəticələnə bilər.

Gözdə sarı ləkə

Pinqvekula deyilən patologiya yaşlı insanlarda rast gəlinir. Eləcə də konyuktivin simptomu ola bilər. Gözlərdə bu proses artıq yaşlanmanın əlamətidir. Gənclərdə isə günün altında çox olmaqdan və isti havadan baş verə bilər.

Pinqvekula müalicə tələb etmir.

Göz ağının saralması

Əksər hallarda bu qaraciyərin xəstəliyi, hepatit və sirrozla bağlanılır. Əgər bununla yanaşı səbəbsiz yorğunluq, halsızlıq, ağrı, baş ağrısı varsa, deməli, qaraciyəri yoxlatmalısız.

Eləcə də göz ağı və gözün dibi öd yolları və öd xəstəliklərində də saralır. 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu