Burnumuz havanı necə isidir? – MARAQLI FAKT
04 Sentyabr 2026, 19:40
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
367
18.10.2024, 14:03
Alimlər yeni texnoloji kəşflərlə vətəndaşların həyatını asanlaşdırmağa davam edirlər. Bu dəfə Almaniyada alimlər yeni araşdırma aparıblar. Alman Primat Mərkəzinin nevroloqları beyin-kompüter interfeysləri (BCI) ilə protez əlləri idarə etməyə imkan verəcək yeni protokol hazırlayıblar.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat Macaca mulatta növü olan rhesus meymunları üzərində aparılıb.
Bu yeni üsul, protez əllərin beyin siqnallarından və yalnız düşüncə gücündən istifadə edərək daha dəqiq şəkildə hərəkət etdirilməsinin mümkün olduğunu ortaya qoyub. Tədqiqatçılar bu təcrübədə beyindəki əllərin mövqelərini idarə edən siqnalların əl hərəkətlərinin sürətini idarə edən siqnallardan daha əhəmiyyətli olduğunu kəşf ediblər.
Bu ixtira iflic olan xəstələr üçün hazırlanmış neyroprotezlərin incə motor bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mühüm addım hesab olunur.
Tədqiqatın bir hissəsi olaraq, rhesus meymunlarına virtual reallıq mühitində əllərindən istifadə edərək "avatar" əli idarə etmək öyrədilib. Daha sonra meymunlar əllərindən fiziki istifadə etmədən, sadəcə beyin siqnalları ilə virtual əli hərəkət etdirə biliblər.

Beyin-kompüter interfeysi ilə ölçülən neyron fəaliyyətləri protez əlin incə motor bacarıqlarını təkmilləşdirmək üçün tədqiqatçılar tərəfindən optimallaşdırılıb. Bu araşdırma beyin siqnallarının daha dəqiq analizi və neyroprotezlərin gündəlik həyatda daha effektiv istifadəsi baxımından böyük əhəmiyyət kəsb edir.
Bu araşdırmanın nəticələri ALS kimi əzələ hərəkətlərinə təsir edən xəstəliklərdən əziyyət çəkən xəstələrin həyatını asanlaşdıra biləcək texnoloji inkişaflara yol aça bilər.
02:49 / 05 Sentyabr 2026
105
02:36 / 05 Sentyabr 2026
48
02:34 / 05 Sentyabr 2026
53
02:23 / 05 Sentyabr 2026
53
23:46 / 04 Sentyabr 2026
38
23:20 / 04 Sentyabr 2026
63
23:00 / 04 Sentyabr 2026
71
22:39 / 04 Sentyabr 2026
70
22:35 / 04 Sentyabr 2026
80
22:23 / 04 Sentyabr 2026
92
21:59 / 04 Sentyabr 2026
73
21:41 / 04 Sentyabr 2026
67
21:24 / 04 Sentyabr 2026
75
21:19 / 04 Sentyabr 2026
200
21:04 / 04 Sentyabr 2026
91
20:59 / 04 Sentyabr 2026
74
20:29 / 04 Sentyabr 2026
89
20:12 / 04 Sentyabr 2026
219
19:55 / 04 Sentyabr 2026
121
19:52 / 04 Sentyabr 2026
80
19:45 / 04 Sentyabr 2026
66
19:40 / 04 Sentyabr 2026
68
19:35 / 04 Sentyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.