6 ildən sonra konsert verəcək - 40 dəqiqəyə bütün biletlər satıldı
06 May 2026, 23:00
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
521
02.11.2023, 09:09
"Gözəlliyim sayəsində mənə jestlər edilib, bu bəlkə də daşıdığım xüsusiyyətlərə görə olub. Çünki elə adam var ki, xarici gözəlliyi ilə daşıdığı xüsusiyyətlər üst-üstə düşmür. Gözəlliyim başıma bəla da olub və olmaqda da davam edir. Əfsuslar olsun ki, bunu şəxsən yaşamışam..."
OXU24.COM xəbər verir ki, bu sözləri psixoloq Samirə Bağırova qonaq olduğu "Künc-Bucaq" layihəsində deyib.
Gözəlliyinin başına bəla olduğunu bildirən psixoloq bəzən vəzifəli şəxslərdən buna görə "şam yeməyi" təklifləri aldığını da etiraf edib:
"Mən real hadisələr əsasında bir kitab yazmışam, az qalıb, bu yaxınlarda işıq üzü görəcək. Həmin kitabın nəşrinə dəstək üçün çox yerlərə müraciət etdim və sözün əsl mənasında şok yaşadım. Hara müraciət etdimsə, hamısı dedi ki, mənimlə şam yeməyinə gedək, ondan sonra dəstək olum. Təəccübdə qalmışdım ki, ölkədə nə baş verir?
Həmçinin oxuyun
Çox yorulmuşdum, istər dövlət məmurlarına, istər iş adamlarına müraciət etmişdim. İndi biz mədəni şəkildə buna "şam yeməyi" deyirik. Çox məyus oldum".
S.Bağırova kitabının nəşri üçün idmançı Kamil Zeynallının ona yardımçı olduğunu açıqlayıb:
"Sonda Kamil Zeynallı mənə yardım etdi, ona sadəcə bir zəng etdim. Şam yeməyi filan təklif etmədi, dedi ki, kitab nəşridirsə, yardım edərəm və bir saat ərzində başqa bir nəfərlə danışıb mənə kömək etdi. Həmin adam isə adının çəkilməsini istəmədi, Kamil Zeynallı vasitəsilə bu işdə mənə dəstək oldu.
İnsanın özü necə şərait yaradırsa, o cür də olur. Buna razılaşan və bundan çox məmnun olan xanımlar da var. Elə xanımlar var, yanıma gəlib deyirlər ki, mən işə düzəlmək istəyirəm və eyni zamanda, həmin şirkətin rəhbəri ilə münasibətimin də olmasını istəyirəm, iş müsahibəsinə necə getməliyəm? Hər şey insanın özündən asılıdır. Çox şey təklif oluna bilər, məsələ ondadır ki, sən bunu qəbul edirsən, ya yox".
09:50 / 07 May 2026
1
09:48 / 07 May 2026
7
09:46 / 07 May 2026
10
09:44 / 07 May 2026
20
09:42 / 07 May 2026
22
09:15 / 07 May 2026
32
09:05 / 07 May 2026
38
01:34 / 07 May 2026
95
00:58 / 07 May 2026
143
00:01 / 07 May 2026
140
23:48 / 06 May 2026
325
23:45 / 06 May 2026
121
23:41 / 06 May 2026
91
23:34 / 06 May 2026
91
23:30 / 06 May 2026
5418
23:29 / 06 May 2026
490
23:29 / 06 May 2026
158
23:27 / 06 May 2026
258
23:20 / 06 May 2026
148
23:16 / 06 May 2026
103
23:08 / 06 May 2026
97
23:02 / 06 May 2026
106
23:00 / 06 May 2026
232
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.