Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8340
az

Məhkəmə Təranə Səmədova ilə bağlı qərar verdi

18:4727 Dekabr, 2018
730
ŞOU-BİZNES
  • A
 Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib.

Oxu24.com bildirir ki, T. Səmədovanın vəkili Janna Bağırova oxu.az-a açıqlamasında deyib ki, prosesdə hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində azyaşlı uşaq olduğu üçün onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət qaldırıb.

Ancaq məhkəmə vəsatəti təmin etməyib.

Hakimlər Kollegiyası cinayət işinin qapalı məhkəmədə qismən istintaqla aparılması haqqında qərar qəbul edib.

Məhkəmə baxışı yanvarın 8-də davam etdiriləcək.

Qeyd edək ki, T.Səmədova da barəsində bəraət çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.

Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.

O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qızından danışan Kamil Zeynallı efirdə AĞLADI - VİDEO
Əməkdar artistin ayağı amputasiya edildi - FOTO
Fidan Hacıyeva evliliyinin 20-ci ilini əri ilə belə qeyd etdi - VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Evlənmək istəmədiyini deyən özündən 10 yaş kiçik sevgilisini öldürdü - Təfərrüat