Aygün və Raufdan şoubiznesə çoxdanışılacaq mesaj! #yerdəyoxdurbizəyer
Onlar 2018-ci ilin fevral ayında şəxsən tanış oldular. Elə o ərəfədə Aygün Kazımovaya Raufun komandasından 2 hazır mahnı təqdim olundu. Təsdiqləndi və işlərə başlandı. İlk hit «Yaraşdın mənə» onların tanışlığını ifadə edirdisə, növbəti hit sənətdə və yerli şou-biznesdə zəncirləri qıran, çərçivələri sevməyən, sərhədləri keçən hər iki ulduzun səhnədə yaşadıqları sevgiyə qovuşmasıdır. Bu sevgi yerdəki ulduzlara görə deyil, bu sevgi zirvədə, atmosfer qatlarının ən üstündə, nəhayət Ayda yaşanmalıdır!
İdeyası, musiqisi və sözləri hər zamankı kimi Mərkəz productionun kreativ direktoru olan Nicat Məlikova aid növbəti hitin saund prodüseri yenə də Fərid İsmayılovdur. Çox böyük səs gətirəcəyi gözlənilən «Aya» hitinə Aygün Kazımovanın komandası olan SS production və Mərkəz productionla bərabər bənzərsiz və çox orjinal bir klip çəkilib. Rejissorluğu da öz öhdəsinə götürən Nicat Məlikovun bu dəfəki çəkiliş qruppasının əsas adlarından biri operator Rauf Qurbanıliyevdir.
«AYA» hiti sanki buludların üzərində canlanır. Qalmaqaldan, sosial şəbəkələrdəki, efirlərdəki biyabrçılıq və zövqsüzlüklərdən qaçan Aygün və Rauf əsl ulduzların yeri olan Ayı özlərinə məskən seçirlər. Musiqi ilə pozitiv bir eşq yaşayırlar, rəqsləri və şıltaqlıqlar ilə tam bir harmoniya içindədirlər. «Yerdə yoxdur bizə yer» «Uçuruq Aya» deyən əsl ulduz cütlüyü həm də yeni ulduz müharibələrinə hazırlaşırlar. Amma bu dəfə onlara qoyulmuş yerli çərçivələrdən kənarda və bəlkə də çoxlarının əli çatmayacaq qədər uzaqda!
Möhtəşəm «Aya» klipində Mərkəz Production və SS productionla yanaşı bir çox peşəkərların imzası var. SS productionun rəhbəri Aysel Rəcəblinin başına topladığı komandanın tərkibində xaricdəki moda defileləri ilə haqqında çox danışılan dizayner Rüfət İsmayıl və tamınmış stilist Ruxa var. Onlarla bərabər Raufun yeni imici üzərində Kadir Amir işləyib. Texniki təchizatı Anar Məmmədxanlının yadigarı olan hazırda Pərviz Məmmədovun rəhbərlik etdiyi Ultra production təmin edib. Pirotexnika «Bolshoy prazdnik» sayəsində mükəmməl nəticə verib. «Aya» hitinin masterinq və səs uzlaşması ilə həmişəki kimi Ramin Vəlibəyov məşğul olub.
ŞƏRHLƏR