Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6628
az

Rəqsanə həbs edilən Təranədən yazdı - “Hanı o qardaşlar?”

22:2431 Oktyabr, 2018
971
ŞOU-BİZNES
  • A
 Müğənni Rəqsanə İsmayılova küsülü olduğu prodüser Təranə Səmədovanın həbs olunması xəbərinə münasibət bildirib.

İfaçı münasibətləri pis olsa belə, prodüserin həbsinə görə sevinmədiyini bildirib:

“Bir neçə il əvvələ nəzər salın. Başıma gətirmədikləri oyun qalmadı. Amma bu günə kimi dözdüm. Ailəmin arxasında oldum. Nələr çəkdim, bir Allah bilir, bir də mən. Amma bu gün Təranənin bu gününə sevinmirəm. çünki balası var. Allah yenə də qapısını açsın. İradə xalaya səbr versin. Anası yaxşı insandır. Heç kimə pislik etməyin. Heç kimin çörəyini yeyib ayağının altını qazmayın. Bu gün baxıram, bəzi jurnalistlərin ürəyi yanır. Amma mənim başıma gələnləri yazıb məni insanların gözündən salırdınız. Nə olub keçdiyindən xəbəriniz yox idi. Aysunun adından “odnoklassnik” açıb Təranə nələr etmişdi.

Hanı o qardaşlar? Onlarla əlbir olub mənə nələr etdin? Əleyhimə 40 nəfər adam çıxartdız. Heç nə sübut edə bilmədiniz. Qanun da xitam verdi. Yazmaq istədiyim o qədər söz var ki... O, bu gün yaşadıqlarını vaxtilə mənə yaşadıb. Allah onun balasına və anasına görə qapısını açsın. İndiyədək bir dəfə də olsa, onun anasının, balasının adını çəkməmişəm. Çünki mən də anayam, övladlarım, anam var.

Belə bir günə sevinən gərək insan olmasın. Elə bir ürəyə sahibəm ki, yenə də onun ailəsinə kömək olaram. Çünki bilirəm heç kimi yoxdur. 1 il tez gəlib keçər, inşallah!”.

Qeyd edək ki, Təranə Səmədova insan alverində təqsirli bilinərək məhkəmə zalında həbs olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağadadaş Ağayev məhkəmədən kənarda nələr dedi? - VİDEO - FOTO
Natavan Həbibi bacısını axtarır
Aynişan yenidən ora getmək istəyir -FOTO