Qaynar xətt:

(+99450) 247 90 86

Briliant Dadaşova şəkilləri haqqında: “Gözün altında cizgi sadəcə robotlarda olmur” - FOTO

Briliant Dadaşova şəkilləri haqqında: “Gözün altında cizgi sadəcə robotlarda olmur” - FOTO

ŞOU-BİZNES

1373

04.12.2021, 00:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xalq artisti Briliant Dadaşova fotoşopsuz şəkillərini yayımlayıb.

“Instagram” hesabında yeni fotolarını paylaşan B.Dadaşova fotoşopdan istifadə etmədiyini bildirib.

Xalq artisti bu fotoları ilə fotoqraflara ismarış da göndərib: “Əziz fotoqraflar, bundan sonra gözün altını fotoşopla “Botoks” etməyin. Lazım olsa həkimlər özləri edərlər! Gözün altında cizgilər sadəcə robotlarda olmur”.

Dadaşovanın sosial şəbəkədə yayımladığı yeni şəkilləri izləyiciləri tərəfindən maraqla qarşılanıb.