Qaynar xətt:

(+99450) 247 90 86

Aparıcı Vüsalədən ürək ağrıdan SÖZLƏR: "Kömək edin, nə olar" - FOTO20 Sentyabr

Aparıcı Vüsalədən ürək ağrıdan SÖZLƏR: \\\"Kömək edin, nə olar\\\" - FOTO20 Sentyabr

ŞOU-BİZNES

2088

21.09.2021, 00:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bildirdiyimiz kimi, ötən ay aparıcı Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadə yol-nəqliyyat hadisəsi zamanı vəfat etmişdi.

Oxu24.com metbuat.az-a istinadən xəbər verir ki, aparıcının sosial media hesabında qardaşı ilə bağlı etdiyi paylaşım izləyiciləri kövrəldib.

"Bu gün sənin günün. Allahım səni 5 bacıya ərməğan verdi. Uşaqlığımın ən böyük arzusu qardaşım. Yaraşıqlım, dağım, ən uca zirvəm, güvənim, fəxrim, dayağım, başımın tacı, paşam... Vətən, torpaq aşiqi igidim.

Doğum günün mübarək, bacısının bir dənəsi, sənə uzun ömür, can sağlığı, yüksək rütbələr, bol şanslar arzu edirəm. Allah səni xətadan-bəladan uzaq eləsin. Bacısının nəfəsi, körpəsi, sonbeşiyim. Bir balanın toyunu görməyi Allah sənə qismət eləsin, inşallah.

Qardaşımın 33 yaşı tamam olur, ay camaat. Təbrik yazmışam, cənnətə necə göndərə bilərəm? Kömək edin, nə olar. Gün bitir, gecikirəm. Sonra küsər bacısından"...

Xatırladaq ki, 1989-cu il təvəllüdlü mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.