Qaynar xətt:

(+99450) 247 90 86

Koronaya yoluxan Xatirənin vəziyyəti necədir? - Xəstəxanadan açıqlama

Koronaya yoluxan Xatirənin vəziyyəti necədir? - Xəstəxanadan açıqlama

ŞOU-BİZNES

2391

16.04.2021, 19:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadə koronavirusa yoluxub.

Oxu24.com kult.az-a istinadən xəbər verir ki, onlar dünən gecə saatlarında Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, müğənni və həyat yoldaşı Sağlamlıq Mərkəzinin İnfeksion COVID-19 şöbəsinə "Viral pnevmoniya" diaqnozu ilə qəbul edilib.

Xatirə İslamın vəziyyəti orta ağırlıqda, Fəxrəddin Musazadənin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Müayinə və müalicə tədbirlərinə başlanılıb, hazırda hər ikisinin müalicəsi davam etdirilir.