Prezidentin bir qrup mədəniyyət və incəsənət adamlarına fəxri adlar verilməsi ilə bağlı sərəncamından kənarda qalan məşhur müğənni Nadir Qafarzadə sosial şəbəkədəki hesabında buna etiraz edib.
Oxu24.com-un GUNUNSESİ.İNFO-a istinadən xəbərinə görə, o bildirib ki, hər zaman prezident seçkiləri, ulu öndərin doğum günü, hərbi hissələr və müxtəlif dövlət tədbirlərində təmannasız oxuyub amma bunu nəzərə alan olmayıb: “yenə də halal xoşları olsun. Gördüm ki, ölkəmizdə haqsızlıq baş alıb gedir. İndi mən bilmirəm ki, məni buradan hara aparacaqlar. Bu da gözləniləndir”. Oxu24.com
ŞƏRHLƏR