Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2307
az

"Bir gecəlik görüş təklifindən imtina etdiyimə görə həmin insan mənə efir qadağası qoydurdu" — Teleaparıcı Lətafətin sirlərini açan MÜSAHİBƏ

16:3228 May, 2018
1737
ŞOU-BİZNES
  • A
 Tanınmış teleaparıcı Lətafət ƏləkbərovaOxu24.com-un  suallarını cavablandırıb.
- Lətafət xanım, teleaparıcılıq karyeranızın başlanğıcı yetərincə uğurlu alınmışdı. "Azəri-star" kimi səs-küylü yarışmanın aparıcılarından biri idiniz. Ancaq sonradan sanki eniş dövrü hiss edilməyə başladı...
- Sizinlə razılaşıram. O cür bahalı layihədən sonra eyni gücə malik layihə olmadı. Bəlkə də buna görə eniş hiss edildi. Həm də qızım dünyaya gəldi, ailəyə də vaxt ayırdım. Elə ana deyiləm ki, uşağımı atıb, işimlə məşğul olum. Övladımın hazırda on yaşı var.
- Deyək ki, övladınızın beş yaşına qədər onunla məşğul oldunuz, körpə olduğunu nəzərə aldınız. Axı son beş ildə də elə bir layihəniz yoxdur...
- Ondan sonra "Xəzər" televiziyasında, "Space" telekanalında layihələrim oldu.
- Əslində, kənardan belə görünür ki, sizin ilk illərdə qazandığınız uğur təsadüf idi.
- Bəli, elə fikirləşirlər. İllərlə qazandığım təcrübənin sayəsində indi dövlət tədbirlərində, məclislərdə, konsertlərdə səhnə alıram.
-Sizcə, peşəkar aparıcı üçün televiziya layihəsi daha önəmli deyilmi?
- İllər öncə qazandığım adın çörəyini hələ də yeyirəm.
- Və həm də o adı xərcləyirsiniz...
- Yenidən layihələrim olacaq. Türkiyədə beş dəfə möhtəşəm tədbirlərin, həmçinin Alanyada Beynəlxalq "Kristal kare" film festivalının aparıcısı olmuşam. Türkiyə mediasında dəfələrlə haqqımda yazılıb. Türksoy-un təşkil etdiyi "İlin altın adamları" mükafatlandırma mərasiminin də aparıcılığı iki dəfə mənə həvalə edilib. Eyni zamanda həmin mərasimdə mükafatlandırılmışam. Bilirsiniz, burada həm  mənim, həm də medianın səhvi var. Jurnalist zəng vuranda deyir ki, işdən yox, şəxsi həyatdan danışın, gördüyünüz işlərdən yazırıq, amma oxunmur. Sanki tamaşaçılar da, oxucular da dəyişib.
- Amma "Azəri star"dakı aparıcılıq şəxsi həyat deyildi...
- O zaman tamaşaçı başqaydı.
- Bəlkə özünüz şəxsi həyatınızla bağlı daha çox danışmısınız və tamaşaçı buna vərdiş edib.
- Mən danışmadığım üçün maraqlıdır.
- Dəfələrlə danışmısınız...
- Elə aparıcılar, şou nümayəndələri var ki, sırf şəxsi həyatla gündəmə gəlirlər. Mən işimlə gündəmə gəlmişəm.
- Mən bilirəm ki, qızınızın atası müğənnidir, sizdən on yaş kiçikdir. Bunları siz dediyiniz üçün mən bilirəm də. Yeri gəlmişkən, qızınızın atasıyla ünsiyyəti varmı?
- Ünsiyyət yoxdur və o barədə danışmaq istəmirəm. Çünki bu barədə çox danışılıb. Hər halda, özü qızıyla görüşmək istəmir.
- Bəs bir neçə il öncə?
- Bəli, ilk illərdə görüşürdülər. Ümumiyyətlə, sənət adamlarının əksəriyyətini şəxsi həyatı gətirmir.
- Bəzi sənətçilər, aparıcılar illər sonra həyat yoldaşlarıyla barışıblar. Sizdə bu mümkündür?
- Heç vaxt ola bilməz. Ayrılandan sonra iki-üç il qarşı tərəfdən belə cəhdlər olub və mən də şans vermişəm. Çünki ortada illərimiz, əməyimiz var. Ancaq alınmayanda alınmır da. Ailələr var ki, kənardan xoşbəxt cütlük kimi görünürlər. Sonradan məlum olur ki, bir-birinin üzünü görmək istəmirlər. Sadəcə, məcburiyyətdən rola giriblər. Sevgisiz ailədə uşağın tərbiyəsi mümkünsüzdür. Fikrimcə, nəyəsə, kiməsə görə ailəli olmaq düşüncəsi ortadan qalxmalıdır. Guya bizim mentalitetimiz belədir. İnsana necə xoşdursa, elə də yaşamalıdır.
- Sabah sizə altmış yaşlı insanla xoş olsa, ailə quracaqsınızmı?
- Niyə altmış yaşlı? (gülür) Yaşı yaşıma, başı başıma uyğun insanla həyat quraram.
- Əgər on yaş kiçik insanla ailə qurmusunuzsa, niyə də iyirmi yaş böyük insanla yox?
- Əlbəttə, ola bilər. Əsas düşüncə tərzi, həyata baxışdır.
- Yenidən on, yaxud on beş yaş kiçik insanla ailə qurarsınızmı?
- Bəli, ailə quraram. Heç kim heç nədən sığortalanmayıb. Sevginin nə zaman gələcəyini heç kəs bilmir.
- Yəqin ki, evlilik təklif edənlər var.
- Daha çox gənclərdən evlilik təklifləri alıram. Övladım var deyə, onu da düşünürəm. Bir evdə yaşayacaqsa, həmin şəxs mənim övladıma ata da olmalıdır. İnsan var ki, əlli yaşında atalıq hissini dərk etmir. Ancaq eləsi də var ki, iyirmi beş yaşında bunları dərk edir. Bütün bu səbəbləri nəzərə alaraq, hazırda təkəm.
- Yəni on ildir ki...
- Bəli, bir ildən çoxdur ki, təkəm.
- Siz həm də aktrisalıqla məşğulsunuz...
- İnsana sevgi lazımdır və sevgisiz həyatın mənası yoxdur. Sevgi insanı həm motivasiya edir, həm də nələrdənsə uzaqlaşdırır. Elə insan istərdim ki, həm də dəstəyim olsun.
- Maddi dəstək?
- Durub desəm ki, milyonlar axtarıram, gülünc çıxar. Ancaq qırx yaşına çatmış və həyatda heç nəyi olmayan insan nəyimə lazımdır?  Əgər insan qırx yaşına qədər yatıbsa və heç nə edə bilməyibsə, bundan sonra da edə bilməyəcək. Mən pul deyil, insan axtarıram.
- Həyatda sizə böyük pullar xərcləyən insan olub?
- Olmayıb, hər şeyi özüm etmişəm.
- Bir il öncə həyatınızda olan insanın sizə maddi dəstəyi var idi?
- Elə ciddi münasibət yaşamamışam, sadəcə, o insanı tanımaq istədim. Ümumiyyətlə, elə tələbkar insan deyiləm. İnsan özü düşünməlidir ki, sevdiyi qadına nəsə etməlidir.
- Yenidən hansısa sənətçini sevə bilərsiniz?
- Bəli, mümkündür. Biz sevib ailə qurmuşduq.
- Mən elə bilirdim ki, vətəndaş nikahında yaşamısınız...
- Xeyr, toyumuz olmuşdu. Əslində, ayrılmağımızda öz səhvlərimiz oldu. Bəlkə də istəsəydik, ailəmizi saxlaya bilərdik.
- İndi içinizdə peşmanlıq varmı?
- Bəli, hirsli başla qərar verdim və tələsdim. Kim deyirsə ki, ayrılandan sonra peşman olmamışam, yalandır.
- Deməli, bu gün də həmin insana qarşı sevginiz var...
- Sevmirəm və o insan ailəlidir. Amma ürəyim sevgiyə açıqdır və istənilən an sevə bilərəm. Kişinin xarakteri çox önəmlidir. Kişi baxımlı və təmiz olmalıdır. Hətta çirkin insanı da sevə bilərəm. Əslində, surətpərəstəm, amma dünyanın ən yaraşıqlı kişisi bir anda gözümdən düşə bilər.
- Yaşınıza rəğmən, yetərincə dinamiksiniz...
- Bəli, müəyyən yaşım, övladım var. Ancaq özümü gənc qız kimi hiss edirəm. Əyləncəni, özümə vaxt ayırmağı, şopinqləri sevirəm.
- İstirahət, əyləncə sizinçün nədir?
- Məsələn, uşaqla birlikdə atraksiondan əlli dəfə sürüşə bilərəm. Yağışın altında qaçmağı, oynamağı sevirəm. Bəzən qarşına otuz yaşlı cavan oğlan çıxır və deyir ki, səni tanımaq, evlənmək istəyirsən. Görürsən ki, cavan oğlandır, oturub saatlarla qəlyan çəkir, hərəkətsizdir. Mən idmanla məşğul olmağı, rəqs etməyi sevirəm.
- Zərərli vərdişləriniz var?
- Siqaret çəkmədiyimi desəm, yalan olar. Bir-iki dəfə çəkmişəm. Demişəm, bunun nəyi üçün ölürlər? İçki isə arabir istifadə edə bilərəm. Hazırda fitneslə məşğulam. Zumba rəqsi, yoqa və üzgüçülüklə də ara-sıra məşğul oluram. Aparıcı olmasaydım, yenə də belə olardım.
- Son zamanlar zahirinizdə xeyli dəyişikliklər var...
- Bunu mənə hamı deyir. Burnum plastik əməliyyat olunub.
- İkinci dəfə ailə qurub övlad sahibi olmaq istərdiniz?
- Bəli, qızımın tək böyüməsini istəmirəm. Səs-küylü ailəni xoşlayıram.
- Bildiyim qədər əslən Naxçıvandansınız və oranın insanları yetərincə mühafizəkardırlar. Geyim tərzinizə, davranışlarınıza müdaxilələr olurmu?
- Bəli, ana tərəfim Füzulidən, atam Naxçıvandandır. Açıq-saçıq geyimə meylli insan deyiləm. Qohumlarım məni olduğum kimi qəbul edirlər və heç biri məndən utanmır. Nəyimdən utanacaqlar ki?
- Sirri deyil ki, maddi durumu yüksək olan insanlar gündəmdə olan xanımlara qısa müddətli münasibət üçün böyük pullar təklif edirlər. Sizə belə təkliflər olurmu?
- Bəli, olur. Ancaq mən elə şeyləri dilə gətirməyə utanıram. Qadın elə varlıqdır ki, o, özünə qiymət qoymamalıdır. Məbləği deməyim ayıb olar. Bir mənzilin pulu müqabilində bir günlük münasibət təklif edildi, imtina etdim.
- Nəticə?
- Nəticə o oldu ki, güclü insan idi və televiziyalara yolumu bağladı. İki il bütün telekanallarda "qara siyahı"ya düşdüm. Ancaq kim olduğunu qətiyyən deyə bilmərəm.


 



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi