Qaynar xətt:

(+99450) 247 90 86

Əməkdar artist ev və fəxri ad istəyir

Əməkdar artist ev və fəxri ad istəyir

ŞOU-BİZNES

963

17.12.2019, 19:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əməkdar artist Füruzə İbadova ona ev hədiyyə olunmasını istəyir.
O, bu barədə musavat.com-a açıqlamasında deyib: "İnsanın həyatında hansısa sıxıntı olanda… Allahın hökmü var. Sınaq. Bu kimi suallar olanda özümdən asılı olmadan qəhərlənirəm. Bu dünya sınaq məkanıdır, zəmidir. Ümid edirəm nə vaxtsa, mənim də zəmim bəhrəsini verər. Bu gün də ayaqdayam. Bu il 65 yaşım tamam olur. Azərbaycan musiqi mədəniyyətində öz səviyyəmi qoruyub saxlayıram. Yəqin ki, bəhrəsi olar. Ev də olar, fəxri ad da olar. Olmasa da, mənim dəyərim tamaşaçılarım və dinləyicilərimdir".