Yusif Eyvazov Mədəniyyət Nazirliyinə ÇAĞIRILIB
08 Aprel 2026, 10:28
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
914
13.12.2019, 22:01
Türkiyədə müalicəm işə yaradı. Özümü yaxşı hiss edirəm. Amma müalicəmi davam etdirmək üçün yenidən Türkiyəyə qayıtmalıyam.
Bu sözləri Oxu24com.-un əməkdaşı ilə söhbətində Xalq artisti Naibə Allahverdiyeva bildirib. Aktrisa Türkiyədə aldığı müalicəsinin ona baha başa gəldiyini bildirib:
“Beyin və qan təzyiqimin yuxarı olması ilə bağlı səhhətimdə ciddi problemlər yarandı. Ona görə də Türkiyəyə getdim. İnanın, müalicəm mənə baha başa gəldi. Orada həkimlər və müalicə çox bahalıdır. Həddindən artıq çox pulum çıxdı”.
N.Allahverdiyeva müalicəsi ilə bağlı maliyyə baxımından aldadıldığını da dilə gətirib, gileyləndi:
“Türkiyədə müalicə aldığım klinikanın distribüteri Bakıda da var. Onların yolu ilə Türkiyədəki həmin klinikaya getdim. Amma məni aldatdılar. Mənim vəziyyətim elə kritik idi ki, götür-qoy etməyə və düşünməyə zamanım yox idi. Təcili olaraq getməli idim. Türkiyədə soyuldum. Çox bahaçılıqdır. Türk vətəndaşlarının tibbi sığortası var. Ona görə onların xəstəxanalara bizim kimi külli miqdarda xərcləri çıxmır. Bakıdan gedəndə Türkiyədəki klinikanın bu qədər baha olduğunu mənə söyləmədilər. Ora tək getməmişdim, yanımda yaxın qohumum var idi. Özümdə-sözümdə deyildim. MRT-yə ödəcəyim pulun miqdarını mənə söyləyəndə şoka düşdüm”.
Həmçinin oxuyun
Bir iynənin ucbatından komaya düşüb, vəziyyəti ağırlaşan xalq artisti Bakıda müalicəsinin onun üçün riskli olduğunu anlayıb, məhz bu səbəbdən Türkiyəyə üz tutduğunu vurğuladı:
“Bakıda müalicəmə kifayət qədər böyük məbləğdə pul xərclədim. Onlar mənə dəqiq diaqnoz da qoya bilmədilər. Vəziyyətin daha da gərginləşdiyini gördükdən sonra, qorxub, təlaşlanıb çarəni Türkiyəyə getməkdə gördüm. Səhhətim çox pis və ağır idi. Burada müalicə aparmaqdan imtina etdim. Çünki həkimin bir iynəsi məni “koma halı”na saldı, “şoka” düşdüm. Bundan sonra gözüm çox qorxdu. O üzdən qərar verdim ki, Türkiyəyə gedib, orada müalicə almalıyam.
Mən artıq işə çıxıram. Mədəniyyət Nazirliyi, bir çox sənət yoldaşlarım və məni sevən pərəstişkarlarım zəng vurub səhhətimlə maraqlandılar. Onların hər birinə öz təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, bir müddət bundan əvvəl Naibə Allahverdiyeva əsəblərinin pozulduğunu və qan təzyiqindən əziyyət çəkdiyini bildirmişdi.
00:54 / 10 Aprel 2026
128
00:39 / 10 Aprel 2026
131
00:14 / 10 Aprel 2026
136
23:55 / 09 Aprel 2026
81
23:39 / 09 Aprel 2026
120
23:18 / 09 Aprel 2026
155
23:11 / 09 Aprel 2026
215
22:58 / 09 Aprel 2026
58
22:44 / 09 Aprel 2026
71
22:34 / 09 Aprel 2026
79
22:19 / 09 Aprel 2026
105
21:56 / 09 Aprel 2026
96
21:46 / 09 Aprel 2026
80
21:29 / 09 Aprel 2026
69
21:09 / 09 Aprel 2026
72
20:58 / 09 Aprel 2026
76
20:36 / 09 Aprel 2026
130
20:14 / 09 Aprel 2026
291
20:00 / 09 Aprel 2026
167
19:59 / 09 Aprel 2026
246
19:44 / 09 Aprel 2026
178
19:30 / 09 Aprel 2026
174
19:16 / 09 Aprel 2026
245
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.