Müğənni Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi tanınan Molla Məmmədsəfanın yanında olub.
Baku.ws-in əldə etdiyi görüntülərdə Məmmədsəfa döşəyin üstündə yayxanmış vəziyyətdə, Əsədova isə onun ayaq hissəsində bardaş quraraq oturub.
Sosial şəbəkələrdə səs-küyə və müzakirələrə yol açan bu görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı M.Əsədova ilə əlaqə yaradıb. Müğənni yayılan görüntülərə bu cür şərh verib:
"Bu mənim şəxsi həyatım və şəxsi işlərimdir. Heç kimə dəxli yoxdur. Özüm bilərəm. Bu barədə bir də danışmaq istəmirəm".
Oxu24.com
ŞƏRHLƏR