Səsi, istedadından daha çox erotik rəqs etməklə yaddaşlarda qalmağa çalışan müğənni Nüşabə Musayeva izləyicilərini təhqir edib.
Oxu24.com Minval.İnfo-a istinadən xəbər verir ki, müğənni fotosuna mənfi rəy yazanları ən ağır ifadələrlə təhqir edib. N.Musayeva özünün rəsmi "İnstagram" hesabında fotosunu paylaşaraq, müsbət fikir bildirənlərə təşəkkür edib. Həmin fotonun şərh bölməsində isə bəzi izləyiciləri onu tənqid edib.
Buna cavab olaraq isə müğənni onların özlərini, ailə üzvlərini təhqir edib. İzləyiciləri bunun ardından ona cavab olaraq, "Günah səndə deyil, səni efirə çıxardan, reklam edib bizə müğənni kimi təqdim edəndədir", "Müğənnimiz belə danışandan sonra başqasından nə gözləyəsən?" tipli şərhlər yazıb, onu qınayıblar.
Sosial şəbəkələrdə edilən təhqirə görə müğənni həbs cəzası da ala bilər. Mövzunu davam etdirəcəyik.
Xəbər dərc edildən sonra müğənni saytımız haqqında xoşagəlməz ifadələr işlədib, bəhs olunan paylaşımın şərh bölməsini də qapadıb.
Xəbəri hazırlayan əməkdaşımız barəsində "savadsız", saytımız haqqında da, "Adı it dəftərində belə olmayan" sözünü işlədən müğənniyə ən qısa zamanda təhsil almasını tövsiyyə edirik. Belə ki, paylaşımında ibtidai sinif şagirdinin etməyəcəyi qədər orfoqrafik və qrammatik səhv edən müğənninin ən azı orta təhsilə ehtiyacı var.
Həmin yazışmaların fotolarını təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR