Qaynar xətt:

(+99450) 247 90 86

Rasim Balayevdən xəbər var 

Rasim Balayevdən xəbər var 

ŞOU-BİZNES

79

20.03.2026, 18:48

“Rasim Balayevin Türkiyədə aparılan müalicəsi davam edir. Müalicə prosesi nisbətən ləng getsə də, artıq bərpa mərhələsində müsbət dinamika müşahidə olunur və sənətkarın səhhəti addım-addım yaxşılaşır”.

Oxu24.com  xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. O bildirib ki, Xalq artistinin Novruz bayramı ərəfəsində Azərbaycana gətirilməsi planlaşdırılmır. Onun sözlərinə görə, mövcud gedişat Rasim Balayevin martın sonu və ya aprelin əvvəllərində Bakıya qayıdacağını göstərir.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədri olan Rasim Balayev “Referans Medical Group”a məxsus hava ambulansı ilə Türkiyəyə aparılıb və hazırda müalicəsi orada davam etdirilir. O, bir müddət əvvəl səhhətində yaranan problem səbəbindən cərrahi əməliyyat keçirmişdi. (Musavat)